Yuxarı

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

09:00

Soçi görüşündə aktiv şəkildə müzakirə olunacaq mövzulardan biri də nəqliyyat dəhlizləri məsələsidir. Lakin bu mövzuda dərhal irəliləyişin olub-olmayacağı hələ ki, aydın deyil.

Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüş haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu dəhlizlər arasında bircə Laçın nəqliyyat dəhlizi normal işləyir, hərçənd Azərbaycanın bu dəhlizlə bağlı iddiaları var:

“Çünki Şuşadakı terror aktına bənzər hadisələr Laçın dəhlizindən partlayıcıların keçirilməsi ilə baş tutub. Buna görə də Bakı sonda Azərbaycanın hüquq-mühafizə strukturlarının Laçın dəhlizində yerləşdirilməsini tələb edə bilər”.

Ekspertin fikrincə, əsas müzakirə olunacaq məsələ Zəngəzur dəhlizidir:

“Ermənistan qorxur ki, bu nəqliyyat dəhlizi kifayət qədər böyük həcmdə yaradılarsa, Azərbaycan gücləndikcə bu nəqliyyat dəhlizindən istifadə edərək Ermənistanda Sünik vilayəti adlandırılan Zəngəzurdakı bütün nəzarəti ələ keçirər və Ermənistan İranla olan sərhədlərini itirər. Bu, Ermənistan üçün olduqca çətin bir sualdır. Ona görə də bu istiqamətdəki danışıqların inkişafına mane olur, təkidlə bunun dəhliz deyil, yalnız nəqliyyat kommunikasiyası olmasını istəyir”.

Tarix
2021.11.25 / 10:13
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla