Yuxarı

Bakı Haaqada da qalib gəldi, bundan istifadə edəcək – Saakyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Haaqada da qalib gəldi, bundan istifadə edəcək – Saakyan

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində iddialarının böyük əksəriyyətinin təsdiqlənməsi Ermənistanda xüsusi narahatlıqla qarşılanıb.

Axar.az xəbər verir ki, erməni politoloq və hüquqşünaslar hüquqi müstəvidə bu qələbədən sonra Azərbaycanın iddialarının genişlənəcəyini və bundan siyasi məqsədləri üçün istifadə edəcəyini bildirirlər.

Erməni hüquq müdafiəçisi Siranuş Saakyan da deyib ki, Azərbaycanın yalnız mina xəritələri ilə bağlı iddiasından imtina edilib, o da ona görə ki, “Ermənistan qorxaq siyasət həyata keçirərək” Haaqa Məhkəməsinin qərarından əvvəl mina xəritələrinin hamısını Azərbaycana verdi.

S.Saakyan Azərbaycanın demək olar ki, istəyinə tam çatdığını və bunun sonrakı proseslərdə presedentə çevriləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan məhkəməyə yaxşı hazırlaşıb və tutarlı dəlillər təqdim edib, bunun əvəzində isə erməni tərəfi ciddi arqumentlərlə çıxış etməyi bacarmayıb.

S.Saakyan “erməni əsirlər” məsələsində Ermənistanın beynəlxalq məhkəmədə uduzmasının Azərbaycana əlavə şans tanıyacağını da qeyd edib.

“Bu qərar Azərbaycanın əlinə əlavə kozır verdi və rəsmi Bakı məsələnin qısa müddətdə həlli üçün siyasi güzəştlər tələb edəcək”.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair" iddiasını təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da rədd edilib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Tarix
2021.12.09 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla