Yuxarı

Ali məktəbə 7 il gecikən, kirayədə yaşayan deputatımız

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə evi olmayan, Milli Məclisdən aylıq 220 manat kirayə ödəniş alan 10 deputatdan biri kimi Vüqar İsgəndərovun da adı keçmişdi.

Onunla müsahibəyə o vaxt cəhd etsək də, vaxt darlığından ertələndi.

Beləliklə, Vüqar İsgəndərovun Axar.az-a müsahibəsi:

- Vüqar müəllim, ordan başlayaq ki, 1972-ci ildə Şəkidə anadan olmusunuz və 1996-cı ildə Gürcüstanda ali məktəbə daxil olmusunuz. Niyə 24 yaşınıza qədər ali təhsil almamısınız? Həm də niyə Gürcüstanda ilk təhsilinizi almısınız?

- Mən uşaqlıq vaxtlarından idmana çox meyilli idim və peşəkar səviyyədə idmanla məşğul olurdum. Həmin illər mən məşqçi-müəllim kimi fəaliyyət göstərirdim. Sonra elə oldu ki, hüquqşünaslığı oxumaq istədim və həmin vaxtlar burda həmin fakültəyə daxil olmaq çox çətin idi. Sonra Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil oldum, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdim. 2008-ci ildə ABŞ-da dövlət idarəetməsi üzrə xüsusi təhsil aldım, 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olaraq, 2014-cü ildə iqtisadçı ixtisasına da yiyələndim.

- İlk ixtisasınızdan – hüquqşünaslığınızdan istifadə edib, hazırda ən çox müzakirə edilən məsələni sizdən soruşaq. “Media haqqında” qanun layihəsini necə qiymətləndirirsiniz? Hansı müsbət məqamlar var? Daha nələrin orda əks olunmasını istərdiniz və təklifləriniz nədir?

- Əvvəla onu qeyd edim ki, sonuncu dəfə “Media haqqında” qanun 1999-cu ildə qəbul olunmuşdur. Düşünürəm ki, bu gün cəmiyyətdə yeni islahatlar gedirsə, qanunların da yenilənməyi labüddür. O cümlədən də “Media haqqında” qanun həmin məsələlərdən biridir, çünki media həyatımızın bir hissəsidir. Media kifayət qədər aparıcı qüvvə və kifayət qədər nüfuzlu sahədir. Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparıldı və hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olundu.

- 1 dekabrda Moskvada üçtərəfli görüşdə ermənilərin qeyri-konstruktivliyi səbəbindən danışıqlar müsbət nəticələnmədi. Bunun ardınca isə İlham Əliyevin sərt bəyanatı oldu və Prezidentimiz Zəngəzur dəhlizi üçün konkret vaxt istədi. Prosesin bundan sonrakı inkişafını necə proqnoz edirsiniz?

- Biz Ermənistanla artıq uzun bir tarix keçmişik. Ermənistan bizə qonşu dövlət olub və əfsuslar olsun ki, yaxşı qonşu ola bilmədilər. Bizim torpaqlarımız üzərində qurulan “oyuncaq dövlət” qonşuluq sınağından üzüqara çıxdı və hazırda da üzüqara siyasətə davam edir. Ermənistan dünyada lazımsız bir dövlətdir, hazırda Rusiya, Avropa İttifaqı və ABŞ üçün Ermənistan “qulpsuz çamadan” rolundadır. O mənada deyirəm ki, qulpsuz çamadanı nə apara bilirsən, nə də ata bilirsən - içində əşyaların var. Biz öz gücümüzü onlara müharibə zamanı göstərdik və Ermənistanı kapitulyasiya aktına imza atmağı məcbur etdik. Bilirsiniz ki, ölkə liderləri arasında üç görüş keçirilib və hər üçündə də Ermənistanın baş naziri dərsini pis bilən şagird kimi “süzülə-süzülə” Ermənistana qayıdıb. Bir ölkənin ki sərhədlərini başqa dövlət qoruyur və bir ölkənin ki dəmir yolu başqa bir ölkəyə məxsusdur, burda heç bir müstəqillikdən söhbət gedə bilməz. Hər zaman Ermənistanı mən “müstəqilçik” və yaxud “müstəqil dövlətçik” adlandırıram, çünki belə dövlət olmur. Müstəqil deyil və suvenir sayılmır. Onlar çox gözəl bilirlər ki, Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasının qarşısını ala bilməzlər, heç bir alternativ variantları da yoxdur. Onların fikri Minsk Qrupunu yenidən cəlb edib məsələni uzatmaqdır. Ermənistan istəsə də, istəməsə də, bunlar hamısı olacaq. Yaxşısı elə budur ki, Ermənistan ağlını başına yığıb zamanında bütün məslələrə adekvat və müsbət reaksiya versin. Onsuz da heç kimə lazım olmayan, blokadaya düşmüş ölkə statusunu qazanıb və bu gün kommunikasiyaların açılması Azərbaycandan daha çox Ermənistana vacibdir. Biz istərdik ki, bunlar hamısı zamanında olsun, yoxsa cənab Prezidentin dediyi kimi, “Dəmir yumruq” qüvvədədir. Bu dəfə bu yumruq daha möhkəm dəyə bilər.

- Baydenin Demokratiya Sammiti hazırda ən ciddi və təzadlı proses kimi bütün dünyada müzakirə edilir. Sizcə, necə oldu ki, NATO-nun rəqibi olan KTMT-nin üzvü Ermənistan bu tədbirə dəvət aldı, ancaq NATO-nun üzvü, bu təşkilatda ABŞ-dan sonra ikinci ən qüdrətli orduya malik Türkiyə dəvət edilmədi?

- Çox maraqlı sualdır. Mən bu “Demokratiya Sammiti”ni karikatura adlandırıram. Çünki NATO-da ikinci ən böyük ordusu olan, bu gün dünyanın ən güclü və inkişaf etmiş dövlətlərindən biri Türkiyəni, Avropada Qərb dəyərlərini özündə birləşdirən Macarıstanı, Çini, Azərbaycanı dəvət etməmələri anlaşılmazdır. Ümumiyyətlə, elə ölkələr dəvət olunub ki, onlardan soruşsan, heç bilmirlər “demokratiya” nə deməkdir. Həmin sammit barəsində qısa onu deyim ki, bu, “demokratiya”, “söz azadlığı” və “dəyərlər” sözünə karikatura olan bir sammit idi. Məqsəd dünyanı parçalamaqdır və bu, planetimiz üçün heç yaxşı bir hal deyil. Biz kiçik dövlət olsaq belə, bütün bəşəri dəyərlərə, dünyanı narahat edən bütün məsələlərə reaksiya veririk və onların həll olunması üçün yollar göstəririk.

- Adınız Milli Məclisdən 220 manat aylıq kirayə pulu alan 10 deputat siyahısında çıxdı… Bu barədə nə deyə bilərsiniz?

- Bəli, mən real kirayədə qalan deputatlardan biriyəm. 2020-ci ilin mart ayından ailəmlə Bakıya köçmüşəm və həmin gündən bu günə qədər kirayə qalıram. Burda qeyri-adi heç nə görmürəm və kirayə qalmaq ayıb deyil. Məlum məsələdir ki, mənim evim Şəki şəhərindədir və işimlə əlaqədar olaraq Bakı şəhərinə köçdükdən sonra, burda evim olmadığından kirayə qalmağa qərar verdim.

- 220 manata normal kirayə mənzil tapmaq mümkün deyil. Sizi yəqin ki, hansısa məbləğin bir hissəsini Milli Məclisdən alırsınız və müzakirə edilən də budur. Maraqlıdır, kirayə mənzilinizin aylıq haqqı nə qədərdir?

- Nə qədər kirayə haqqı verdiyimi müzakirə etməyi etik saymıram və hesab edirəm ki, bunu hallandırmağa da ehtiyac yoxdur…

Tarix
2021.12.15 / 09:00
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Qarabağa 88 dəfə gələn Koks indi İrəvanda işə başladı

Xəzər dənizinin çirklənməsinin yeni mənbələri aşkarlandı

İki ölkə ordusu bizə qarşı döyüşür - Zelenski Çini gözləyir

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

3 gün qaldı: ABŞ-da prezident kim olacaq? – Proqnoz

Lavrovdan Türkiyə əleyhinə sərt sözlər – Nə baş verib?

Şahin Mustafayev Qriqoryan görüşdü: 4 müzakirə və razılıq...

Radikallardan Pezeşkiana “xəbərdarlıq”: Bakıya getmə!

Trampdan şok iddia: Putinin bu planını məhv etdim

Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla