Yuxarı

Əgər bu yeni bir erməni maskaradı olsa... – Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər bu yeni bir erməni maskaradı olsa... – Mixaylov

Bir-birinə rəqib olan tərəflər özlərini sivil hesab edirlərsə, bu halda İrəvan da Bakı kimi yalnız müsbət addımlar atmalıdır. Lakin Azərbaycan və onun lideri İlham Əliyevin hərbi əsirlərin qaytarılması da daxil olmaqla, dövlətlərarası münasibətlərin yaxşılaşdırması üçün maksimum səy göstərdiyi bir şəraitdə, Bakı 10 əsiri geri qaytardıqdan sonra belə İrəvan ona qarşı yenə də iddialar irəli sürüb. Bu tip addımlar bundan sonra da davam etsə, təəccüblənmərəm, çünki söhbət Ermənistandan gedir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.

“İrəvanın bu əməlləri qonşularına müasir dünyada necə yaşamağı və hörmət qazanmaq üçün nə etmək lazım olduğunu əyani şəkildə sübüt edən Azərbaycanın imicini yaxşılaşdırır. İlham Əliyevin bu strateqiyası əsl lider keyfiyyətlərinin göstəricisidir - keçmiş yaralara baxmayaraq, ölkəsinin gələcəyini düşünmək, sülh içində yaşamaq, qonşuları ilə əməkdaşlıq etmək, aqressiv qonşuları isə yox etmək!

Bununla yanaşı, qeyd edim ki, Ermənistan rəhbərliyi son zamanlar Azərbaycana münasibətdə çox müsbət əhval-ruhiyyə nümayiş etdirməyə başlayıb. Əgər bu, növbəti yalan və yeni bir erməni maskaradı deyilsə, İrəvandan dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş cavab addımları gözləyəcəyik”, - deyə Mixaylov bildirib.

Tarix
2021.12.23 / 09:07
Müəllif
Əli, Fatimə
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla