Yuxarı

Qazaxıstanlı ekpert: Prosesdən istifadə etdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda baş verən hadisələrin səbəbi odur ki, destruktiv qüvvələr yaranmış dinc etiraz aksiyasını istifadə edərək, onu tamamilə fərqli ssenari üzrə hərəkət etdirdilər.

Bu fikirlərləri Axar.az-a açıqlamasında tanınmış qazax politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda gedən prosesləri iki yerə bölmək olar:

"Birincisi - dinc, qanuni etiraz, ikincisi - etirazlara aidiyyəti olmayan xüsusi təlim keçmiş qüvvəlırin ortaya çıxması. Bu təlim keçmiş insanlara hətta qorunan administrativ binaları ələ keçirmək asanlıqla başa gəldi. Destruktiv qüvvələr müəyyən məqamda yaranmış etirazdan istifadə etdilər və mahiyyət etibarilə hadisələrin mərkəzində durub tamamilə fərqli, yazılmış ssenari üzrə davrandılar".

Kaliyev hesab edir ki, Qazaxıstanda terror təhlükəsi olduğundan terrorçulara hərbi əməliyyatlar vasitəsilə divan tutulmalıdır:

"Kütləvi etirazlara gəldikdə isə onun səbəblərini, etirazçıların tələblərini öyrənmək və təbii ki, kompromisin imkanlarını və ya mümkünsüzlüyünü bilmək lazımdır. Söhbət, ilk növbədə, hakimiyyət və vətəndaşlar arasında ictimai əlaqənin yenilənməsindən gedir".

KTMT-nin hərbi kontingentinin Qazaxıstana göndərilməsindən danışan Kaliyev bildirib ki, ilkin olaraq bu təşəbbüs Mərkəzi Asiya ölkələrinin ictimaiyyətində birmənalı qarşılanmadı.

Ekspert ümidvar olduğunu bildirib ki, Qazaxıstan hakimiyyəti hazırkı böhranın öhdəsindən gələcək və bir neçə antiterror əməliyyatından sonra vəziyyət kifayət qədər qısa müddətdə sabitləşəcək:

"Cəmiyyətlə dialoqa gəlincə, burada, şübhəsiz, kifayət qədər uzun dövr lazımdır, çünki hər hansı tədbirlərin, islahatların və s. hazırlanması bir gündə mümkün deyil".

Tarix
2022.01.08 / 17:43
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla