Yuxarı

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır.

Axar.az xəbər verir ki, bir qrup səhiyyə işçisi sözügedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər.

Belə ki, hər il iyun ayının 17-i ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Bu il də medalın kimlərə veriləcəyi ilə bağlı müəyyən şübhələr var. Səhiyyə işçiləri ötən il bu məsələdə haqsızlığa yol verildiyinin şahidi olduqlarından bunun yenə təkrar olunacağını düşünürlər.

Adının çəkilməsini istəməyən mənbə Teleqraf-a açıqlamasında bildirib ki, ötən il “Səhiyyə əlaçısı” döş nişanı verilən zaman əsasnamə qaydaları pozulub.

Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil.

Qeyd edək ki, əsasnamənin birinci bəndinə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir.

Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, səhiyyə sahəsində işləmələrinin 10 ili tamam olmayıb. Bu, əsasnamənin birinci bəndinə ziddir.

Məlumata görə, aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dostdurlar. Onlar uzun müddət “Tusi” klinikasında birlikdə çalışıblar. T.Babayevin təltif olunmasında məhz bu amilin böyük rol oynadığı vurğulanır.

Tarix
2025.05.03 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla