Yuxarı

Metrodan istifadə edənlərin diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun "İçərişəhər" stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət "bənövşəyi" xətdə bir dəqiqəyə, "yaşıl" xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:

"Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür".

B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:

"Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.

"300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq", - deyə "Bakı Metropoliteni" QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.

Tarix
2025.05.03 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla