Yuxarı

"Sabah" tarixinin ən bahalı transferini edir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" tarixinin ən bahalı transferini edir

Polşa millisinin üzvü Timoteuş Puxaçın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, futbolçu Azərbaycanda qalacaq.

Timoteuş Puxaç yay transfer pəncərəsi zamanı "Sabah"a keçmişdi. Belə ki, sol cinah müdafiəçisi icarə əsasında Almaniyanın "Holşteyn Kiel" klubundan Azərbaycana üz tutmuşdu. Müqaviləyə satınalma hüququ da daxil edilmişdi.

Məlumata görə, Azərbaycan çempionu bu hüquqdan istifadə edəcək. "Sabah” Polşa millisinin üzvünü bir neçə yüz min avro qarşılığında transfer edəcək. Son günlərdə transfer məbləğinin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar aparılır. Amma bəzi mənbələr bütün məsələlərin razılaşdırıldığı və artıq yekunlaşdığı bildirilir. Transferin rəsmiləşməsi üçün yalnız imzalar qalır. Polşa millisinin futbolçusu ilə 3 illik müqavilə imzalanacaq.

Cari mövsüm Puxaç üçün uğurlu keçib. O, 32 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu komandasının çempionluğunda mühüm rol oynayıb. Bundan əlavə, Azərbaycan Kubokunu qazanmaq uğrunda mübarizə davam edir və final qarşılaşması gələn çərşənbə günü keçiriləcək.

Qeyd edək ki, indiyədək "Sabah” tarixində ən bahalı transfer Kahim Parris olub. "Transfermarkt”ın məlumatına görə, o transfer 600 min avroya başa gəlib. Məlumata əsasən, polşalı futbolçunun transferi də bu rekorda çox yaxın məbləğdə olacaq.

İddiaya görə, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq təmsilçimiz Puxaçın transferi üçün qarşı tərəfə bir milyon avro ödəməlidir.

Tarix
2026.05.12 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla