Yuxarı

"Real Madrid" Arda ilə bağlı qərarını verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Real Madrid" Arda ilə bağlı qərarını verdi

"Real Madrid" türkiyəli ulduz Arda Gülərlə bağlı qərarını verib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, son dövrlər adı tez-tez "Arsenal" ilə hallanan gənc futbolçunun transferinə Madrid təmsilçisi qəti şəkildə qarşı çıxıb.

Məlumata əsasən, "Real Madrid" rəhbərliyi İngiltərə klubuna Arda Güləri satmağı düşünmədiklərini açıq şəkildə bildirib. Klubun 21 yaşlı futbolçunu gələcək planlarının mühüm hissəsi hesab etdiyi qeyd olunur.

Xəbərdə həmçinin bildirilir ki, "Arsenal" transfer üçün təxminən 90 milyon avro ödəməyə hazır olub. Buna baxmayaraq, Madrid klubunun bu təklifə müsbət yanaşmadığı vurğulanıb.

Digər tərəfdən, "Real Madrid"də kuboksuz mövsüm və komandadaxili gərginlik səbəbindən yeni dəyişikliklərin olacağı iddia edilir. Klub prezidenti Florentino Perezin komandanın strukturunda yenidənqurma planlaşdırdığı, Joze Mourinyonun isə baş məşqçi postuna əsas namizədlərdən biri olduğu qeyd edilir.

Qeyd edək ki, Arda Gülər bu mövsüm "Real Madrid" forması ilə 50 oyunda meydana çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib

Tarix
2026.05.12 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla