Yuxarı

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Azərbaycan tarixi günlərini yaşayır. Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, 2 gün öncə Milli Liderin anadan olmasının 103-cü ildönümündə cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlar ilə görüşdü:

“Uzun fasilədən sonra keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir.

Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərdə qərarlaşan dövlətdir.

Azərbaycan Zəfərdən keçən qısa müddətdə işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir. Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhvə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyata 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paket reallaşdırılıb.

Bugünkü Azərbaycan yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir”.

Tarix
2026.05.12 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla