Yeni “Qoşa” lotereyası satışa çıxıb
12:55
| Ana səhifə Gündəm |
|
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillər Rusiya ərazisinə daxil ola bilmirlər.
"Report" xəbər verir ki, nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub.
Rəsmilər deyiblər ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər mövcuddur və avtomobillərin buraxılması faktiki dayandırılıb.
Məsələ ilə bağlı Rusiya tərəfdən heç bir açıqlama verilməyib.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.
|
Tarix
2015.08.15 / 19:35
|
Müəllif
Axar.az
|