Yuxarı

Azərbaycanın qlobal əhəmiyyəti böyükdür - Harris

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qlobal əhəmiyyəti böyükdür - Harris

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Tvitter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb.

Axar.az xəbər verir ki, D.Harris Heydər Əliyev Beynəlxalq Aeroportundan paylaşım edib.

‪O, paylaşımında Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin bir çox mənada heyranedici olduğunu söyləyib. Qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.

“Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycan yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib”, - Harris qeyd edib.

Devid Harris bildirib ki, uzun illər ərzində Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşıb. Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır.

”Əhalisinin çox hissəsi şiə müsəlmanları olan ölkədə onlar bir ailə kimi birgə, mehriban şəraitdə yaşayırlar. Azərbaycan İsrail dövləti üçün də önəmlidir. Bizim diplomatik əlaqələrimiz var. Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji əhəmiyyətinə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraillə əməkdaşlığına, dini tolerantlığına və yəhudi xalqına göstərdiyi hörmətə görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”, - deyə Devid Harris vurğulayıb.

Tarix
2022.01.16 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla