Yuxarı

Fransanın Bakıya qarşı qəzəbinin – Şok səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə etiraz edən Azərbaycan Prezidentinin siyasi, diplomatik etiket qaydalarına uyğun, eyni zamanda Fransanın dünyadakı yerinə münasib mövqeyinə Fransa XİN rəhbəri Jan İv Lö Drian niyə o cür reaksiya verməli, İlham Əliyevin fikirlərinin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” deməli idi?

Fransa ilə Azərbaycan arasında buzların əriməyə başladığı, 44 günlük savaşdan sonra rəsmi Bakının “qara səhifəni qapamağa” hazır olduğunu ifadə etməsi fonunda Fransa dövlətindən bu cür qeyri-diplomatik addım gözlənilməz idi.

Birincisi, İlham Əliyev prezidentliyə namizəd olan bir şəxsin səfərindən narahatlığını dilə gətirmişdi; ikincisi, ona həddinin bildirilməsi diplomatik yolla istənilmişdi və bu, Azərbaycanın beynəlxalq hüquqla qorunan haqqıdır.

Qarabağın Azərbaycanın de-yure tərkib hissəsi olduğunu dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından tutmuş, Fransanın siyasi baxımdan rəhbərliyinə can atdığı AB-yə qədər, tanımayan yoxdur. Rəsmi Bakı da de-yure heç vaxt şübhə altına alınmayan, de-fakto isə 2020-ci ilin Vətən savaşı ilə əhəmiyyətli dərəcədə nəzarət altına aldığı ərazilərin hələlik bir hissəsində müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasına Fransa prezidentliyinə namizədin qanunsuz səfərini pisləyib və buna diplomatik cavab istəyib. Normal-diplomatik bir cavabla bu məsələni qapatmaq əvəzinə Fransa münasibətləri niyə kəskinləşdirməlidir? Üstəlik, hansısa deputatın təhqir cəhdinə şərait yaratmaqla bunu niyə düşmənçilik səviyyəsinə keçirməlidir?

Nəzərə alsaq ki, rəsmi İrəvan özü artıq Qarabağı Azərbaycanın daxili məsələsi sayır və onun taleyinin Azərbaycan Konstitusiyasına uyğun həllinə tərəfdar olduğunu rəsmən elan edir, belədə Fransanın mövqeyi daha anlaşılmaz hala gəlir.

Səbəb heç də o deyil ki, Azərbaycan Minsk Qrupunun mənasız fəaliyyətini davam etdirməyə və Fransanın bölgəyə müdaxiləsinə imkan vermir – bu məsələ artıq arxada qalıb.

Əsas diqqət hazırda Prezident İlham Əliyevin simasında Azərbaycanın sözün hər mənasında regional güc kimi çıxış etməsi, regionun taleyində rol alması və dünyanın taleyində aktivlik nümayiş etdirməsidir.

Lö Drianın bu çıxışı İlham Əliyevin Ukrayna səfəri, Rusiya lideri ilə Ukraynanı müzakirə etməsi, ardınca isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüsünü açıq şəkildə irəli sürməsinə “cavabdır”. Ərdoğan-Əliyev cütlüyü faktiki olaraq regionda aparıcı qüvvəyə çevrilib və Rusiya etimad göstərdiyi bu liderlərlə işləməkdə maraqlı görünür. 70 yaşlı arvadının sayəsində hakimiyyətə gələn Fransa kimi nəhəng dövlətin qeyri-xarizmatik rəhbəri Makron isə nəinki qüdrətli Türkiyə, hətta Cənubi Qafqazın parlayan kiçik ölkəsi qarşısında mövqelərini sürətlə itirir: Avropanın təhlükəsizliyi məsələsində ABŞ-ın Rusiya ilə danışıqlarına müdaxilə etməyə cəsarəti çatmayan, iki dünya nəhənginin yeni nizam müəyyənləşdirməsində rol ala bilməyən böyük Fransanın qeyri-ciddi lideri aqressiyasını rəsmi Bakıya qarşı nümayiş etdirdiyi ritorikası ilə çıxmaq istəyir.

Bəli, fakt odur ki, Fransa dünyanın ən qüdrətli ölkələrindən biridir - Azərbaycanla müqayisə edilməz dərəcədə. Ancaq Makron şəxsi liderlik keyfiyyətləri və yanlış siyasəti sayəsində kiçik Azərbaycanın böyük liderinə acınacaqlı səviyyədə uduzur. Nəhəng Fransanın özünə yaraşmayan lideri Ukraynanın taleyi ilə bağlı Putinlə masa arxasına otura bilmir, Rusiya bu məsələdə yalnız ABŞ-la razılaşır və birdən-birə Əliyevin inanılmaz diplomatik gedişləri rezonans doğurur.

Makronun aqressiyasını başa düşmək olar: Cənubi Qafqazı 2020-ci ildə tamam uduzan Makron artıq Şərqi Avropada da Putin-Ərdoğan-Əliyev üçlüyü qarşısında rüsvayçı duruma düşüb...

Məğlub Fransanı öz şəxsi keyfiyyətləri ilə İkinci Dünya müharibəsinin qalibləri sırasına qaldıran Şarl de Qollun qüdrətli Fransasını Avropanın təhlükəsizlik məsələlərinin müzakirəsində öz başarısızlığı ilə zəlil edən Makron daxili auditoriyada belə Əliyev-Ərdoğan cütlüyünə acımasızcasına məğlub olur.

Və pis odur ki, Makron və komandası ənənəvi siyasi yanlışları ilə kiçilməyə davam edirlər. Paşinyanla şelfi çəkdirən, növbəti seçkilərdə erməni diasporunun dəstəyini almaq arzusunun Qafqazdan sonra Şərqi Avropanı da uduzmasıyla nəticələndiyini görən Makron və komandası dəhşətli siyasi panika içindədir.

Panik-ataklarda isə daha ciddi siyasi səhvlər - hətta şizofrenik tutmalar da ola bilər.

Buna da hazır olmalı və səbirlə davranmalıyıq...

Tarix
2022.01.19 / 22:20
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla