Yuxarı

AHİK İcraiyyə Komitəsi Makrona müraciət ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AHİK İcraiyyə Komitəsi Makrona müraciət ünvanladı

Ölkənizin Respublikaçılar partiyasının prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekres 2021-ci il dekabrın 22-də müşavirləri ilə birlikdə Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini qeyri-qanuni yolla keçərək Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

Xanım Pekres və onun müşavirləri, həmçinin erməni diasporunun nümayəndələri kütləvi informasiya vasitələrində münaqişəyə dini don geyindirməklə, insanların dini heysiyyatlarına toxunur və Azərbaycan dövlətinə, xalqına qarşı çirkin fikirlər söyləməkdən çəkinmirlər.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanlanan müraciətdə yer alıb.

“Ölkənizin prezidentliyinə namizədi öz ölkəsi ərazisində seçki kampaniyasını aparmaqda sərbəstdir. Lakin onun Azərbaycana gəlməsi respublikamızın müvafiq qurumlarına etdiyi müraciətə icazə verildiyi təqdirdə baş tuta bilər. Təəssüf ki, xanım Pekres beynəlxalq qanunları tapdalayaraq gizli şəkildə Qarabağa səfər etmiş, orada görüş keçirmişdir.

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian yanvarın 18-də ölkənizin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama verərək təxribatçı məqsədlərlə Azərbaycan Respublikasının Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə cavab verməli və ona həddini bildirməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Heyf ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibət də ya inzibati, ya da ölkənin cinayət məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Fransa qanunlarını pozaraq Azərbaycan Respublikası vətəndaşı Fransa ərazisinə daxil olsaydı, yəqin ki, ona qarşı müvafiq tədbirlər görülərdi.

Bütün bunları biz Avropanın aparıcı dövlətlərindən biri sayılan Fransa-Azərbaycan münasibətlərinə uyğun hesab etmirik. Bu yaxınlarda Brüsseldə sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünüz zamanı verdiyiniz ismarıclar ölkənizin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.

Prezident İlham Əliyevin Fransa nümayəndələrinin Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir, bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır.

Fransa hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla həmsədr dövlət kimi tərəflər arasında neytrallığı qorumaq öhdəliyinə malikdir. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq öhdəliklər qoyur.

Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq bu kimi qanunsuz səfərlərin qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsini rica edirik”, - deyə müraciətdə qeyd olunub.

Tarix
2022.01.19 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla