Yuxarı

“Hibrid savaşın banisi” Belarusa getdi: həlledici 10 gün…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hibrid savaşın banisi” Belarusa getdi: həlledici 10 gün…

Rusiya Belarusla birlikdə 30 min canlı qüvvə, döyüş təyyarələri və iki S-400 zenit-raket alayının iştirak etdiyi hərbi təlimlərə başladı: təlimlərin davam edəcəyi 10 gün ABŞ-Rusiya qarşıdurmasında ən gərgin dövr olacaq.

Qərbdə Putinin təlimlər dövründə Ukraynaya müdaxilə edəcəyi fikri irəli sürülür. Bu kontekstdə Baş Qərargah rəisi, Rusiyanın müasir hərbi doktrinasının (buna “Gerasimov doktrinası” da deyilir) əsasını təşkil edən hibrid müharibənin banisi hesab edilən Valeri Gerasimovun təlimləri birbaşa izləyəcəyi diqqət çəkir - xüsusilə rusların mümkün müdaxiləsinin “hibrid müharibə” üsulları ilə aparılacağı fikrinin hakim olması fonunda.

Baydenin amerikalıları Ukraynanı tərk etməyə çağırması da gərginliyin praktiki mərhələyə keçə biləcəyi gözləntilərini artırır, lakin yenə də Putinin birbaşa Ukraynaya müdaxiləsi versiyası olduqca zəifdir: hərbi müdaxilə ABŞ-la qarşıdurmada Fransa və Almaniya üzərindən Avropa cəbhəsinin ən azından antirusiya koalisiyasına qoşulmasının qarşısını almaq siyasətinə uyğun deyil.

Rusiyanın təlim adı ilə hərbi müstəvidə iki hədəfi görünür:

- Ukraynanın mühasirəsini daraldır;

- Şərqi Avropa cəbhəsini əlavə qüvvələrlə gücləndirir.

Və bölgəyə əlavə qüvvələrin cəmlənməsi daha çox siyasi müstəvidə “güc nümayişi”nə bənzəyir: hədəf Avropaya antirusiya cəbhəsində yer almaması üçün “dəyənək” göstərməkdir.

Makronun Moskva səfəri, eləcə də Şoltsun sərgilədiyi mövqe Putinin marağına uyğundur, lakin Baydenin gedişləri fonunda risklər hələ də qalır. Bu gün ABŞ prezidenti Fransa və Almaniya da daxil olmaqla Avropa liderləri ilə Rusiya məsələsini müzakirə edəcək. Vaşinqton Avropanı Rusiyaya qarşı cəbhədə birləşdirmək üçün əlindən gələni edir, xüsusilə Vaşinqtonun Avropanın əsas gətirdiyi rus qazından asılılıq məsələsinin həlli üçün hərəkətə keçməsi fonunda Bayden avropalı liderlərə qarşı daha israrlı ola bilər. Qoşunları Şərqi Avropa cəbhəsinə cəmləyən Putin bu gedişlə avropalı liderlərin mövqeyinə təsir etmək, mümkün eskalasiyanın ilk növbədə Avropanın təhlükəsizliyinə təhdid yaradacağını göstərmək gedişi edir.

Rusiya prezidenti dünən bəyan etdi ki, ABŞ və NATO-ya verəcəkləri cavabı hazırlayırlar. Mümkündür ki, Belarusa əlavə qüvvələrin cəmlənməsinin əsas hədəflərindən biri də rusların cavabdan öncə bölgədə hərbi mövqelərini gücləndirməsidir.

Geosiyasi gərginlik vəd edən qarşıdakı 10 gün ABŞ-Rusiya qarşıdurmasında həlledici dövr ola bilər.

Tarix
2022.02.11 / 21:18
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan

Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla