Yuxarı

Nazir öz velosipedi ilə veloyürüşdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir öz velosipedi ilə veloyürüşdə - Foto

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Axar.az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib.

300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər.

"Crescent Moll"un yaxınlığından Zəfər Parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-przidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.

Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və "Yallı" rəqsi ilə yekunlaşıb.

Tarix
2025.11.10 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla