Yuxarı

Hacıqabulda ağır qəza: sürücü və qardaşı arvadı öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabulda ağır qəza: sürücü və qardaşı arvadı öldü - Foto

14:38

Hacıqabulda baş verən qəzada iki nəfər ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

"Hunday" və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunun Muğan-Meyniman avtomobil yolunun Şirvan kanalınım üstündə yerləşən körpüdə baş vermiş qəzada ölən şəxslərin kimliyi məlum olub.

Bildirilib ki, avtomobillərin toqquşması nəticəsində Muğan qəsəbə sakinləri, VAZ-21011 markalı avtomonilin sürücüsü 1956-cı il təvəllüdlü Sabir Malik oğlu Abbasov və onun qardaşı arvadı 1953-cü il təvəlüdlü Nəcabət Nəbi qızı Abasova hadisə yerində ölüblər.

Sürücünün həyat yoldaşı - Muğan qəsəbə sakini, 1956-cı il təvəllüdlü Tutuxanım Abbasova xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-21011 və “Hunday” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə VAZ-21011 markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Samir Malik oğlu Abbasovun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində VAZ-21011 markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2025.11.10 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla