Yuxarı

Nazirlik Şəmkirdə viran qalan qəsəbəni nəzarətə götürəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən tarixi alman tikililəri dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.

Bu sözləri Axar.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.

“Sözügedən tikililərin tarixi abidə qismində qeydə alınması məsələsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində nəzərdən keçiriləcək”, - qurum rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi Şəmkir rayonunun Çinarlı qəsəbəsində viran qalmış tarixi alman tikililərinin mühafizəsi ilə bağlı Mədəniyyət Nazirliyinə çağırış etmişdi.

Tarix
2022.02.17 / 10:20
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

Rusiyaya işləməkdə ittiham edilən Məmmədyarov danışdı

Pezeşkianın Bakıya səfəri... - Baş nazirin müavini

Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla