Yuxarı

Şəmkirdə bu qəsəbə məhv olur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Çinarlı qəsəbəsində əvvəllər almanların yaşadığı ərazi xarabalığa çevrilib. Viran qalmış görüntüsü ilə Ağdamı xatırladan qəsəbədə tarixi binalar, evlər dağılmaq üzrədir.

Bu barədə Axar.az-a yerli sakinlər məlumat verib.

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi tərəfindən saytımıza bildirilib ki, 1888-ci ildə almanlar tərəfindən salınmış Georqsfeld qəsəbəsi (indiki adı Çinarlı) Şəmkir çayının sağ sahilində yerləşir:

“Qəsəbənin təbiəti, torpağının məhsuldarlığı, vizual görüntüsü almanların diqqətini cəlb edib və onlar burada məskunlaşıblar. Qəsəbə Çar III Aleksandrın oğlu Georginin şərəfinə Georqsfeld adlandırılıb. Buradakı mədəniyyət abidələri göz oxşamaqla yanaşı insanda xoş bir təəssürat yaradır. Ona görə almanlar bu ərazini Bibliyadakı cənnət bağlarına bənzədiblər. Onlar Almaniyanın Vürtemberq əyalətindən gətirdikləri üzümçülük ənənələrini burada tətbiq edib, məhsuldar üzüm sortlarını yetişdirərək qəsəbənin iqtisadi əhəmiyyətini artırıblar. Qəsəbə ərazisində 1907-ci ildə Şərab zavodu tikilib, su təminatını həyata keçirmək üçün kəhrizlər qazılıb, körpü salııb, park, rəqs meydançası, teatr, kilsə, məhkəmə binası istifadəyə verilib”.

Qeyd olunub ki, 54 il ərzində almanların ərsəyə gətirdikləri tarixi miras bu gün məhv olub. Xeyriyyə Birliyi qəsəbədəki tarixi ev və binaların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınması və mühafizə edilməsi barədə çağırış edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu göndərilib.

Tarix
2022.02.16 / 12:36
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla