Yuxarı

Ölkədə qəfil ölümlərin sayı artdı: Nədən qorunmalıyıq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər cəmiyyətimizdə qəfil ölümlər barədə xeyli xəbər dərc olunub. Bəzi şəxslər iddia edirlər ki, say əvvəlki illərə nisbətən çoxalıb. Bəs görəsən, statistika nə yerdədir və mövcud reallığı yaradan səbəblər nədir?

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsindən bildirilib ki, qəfil ölümlərin sayı 2022-ci ildə 896, 2023-cü ildə 565, 2024-cü ildə isə 533 hal təşkil edib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov Oxua.az-a açıqlamasında qəfləti ürək dayanmasının səbəbinin ürəyin işemik xəstəliyi olduğunu deyib:

"Bu zaman tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla gedib kiçik mənfəzli damarın keçidini tıxaması - red.) və ürək ritm pozuntusu olaraq asistoliya (elektrik və mexaniki ürək aksiyasının tamam dayanması - red.) səbəbindən qəfləti ölüm baş verir. Ürək qan-damar sisteminin bir sıra xəstəlikləri nəticəsində öncə miokard infarktı, aterosklerotik dəyişikliklər nəticəsində koronar damarların tıxanması və güclü stres nəticəsində angiospazm ölümə səbəb ola bilər.

Əsasən, bunun bir sıra səbəbləri ola bilər: irsiyyətin rolu, stres faktoru, düzgün qidalanmamaq, yuxu rejiminin düzgün olmaması, alkoqol və tütün məhsullarından istifadə olunması və sair. Qəfləti ölümlərin səbəbi kimi müasir dünyamızda hərəkətsizliyin gətirdiyi piylənmənin rolunu da xüsusi vurğulamalıyıq".

Tarix
2025.02.10 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan nefti bahalaşdırır: Bizə təsiri olacaq?

Tehranın Bakıya siqnalından İrəvan necə də məmnundur…

Putin Bakıdan nə istəyir? Son “kart” işə salındı

Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla