Yuxarı

Ermənistan verdiyi vədləri yerinə yetirməlidir - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan verdiyi vədləri yerinə yetirməlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşərkən deyib.

Nazir bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib.

C.Bayramov bölgədə sülh quruculuğu səylərinin dəstəlklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə edilən razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsinin vacibliyini, o cümlədən hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın Ermənistan tərəfindən təqdim edilməsini vurğulayıb.

Nazir Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.

T.Klaar Azərbaycan Prezidenti ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. T.Klaar səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Tarix
2022.02.21 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla