Yuxarı

Ukrayna üçün uzunmüddətli və dəhşətli plan işə düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün uzunmüddətli və dəhşətli plan işə düşdü

Putinin Suriyadakı muzdluları Ukraynada müharibəyə cəlb etmək tapşırığından sonra bu istiqamətdə işlərə start verilib.

Şam, Hələb, Həma, Rakka, Dera, Deyr əz-Zor bölgələrində muzdluların toplanması məqsədilə 14 mərkəz açılıb. Rusiya kəşfiyyatının nəzarətində olan mərkəzlərə əsasən Əsədin “Şəbbiha” (Kabus) adlandırılan qruplaşması və rusların idarə etdiyi 5-ci korpusdan döyüşçülər toplanır. Onlarla ən azı 6 aylıq bağlanan müqaviləyə əsasən hər biri ayda 300-600 dollar arası maaş alacaq. Muzdlular Xmeymim hava bazasında qısa təlimdən sonra Ukraynaya göndəriləcək.

Moskva bununla rus əsgərlərinin tabutlarda evlərinə qayıtmasını azaltmaq, canlı qüvvə çatışmazlığını doldurmaq və “Suriya ssenarini” Avropanın içinə daşımaq niyyətindədir.

Qərb ölkələri də könüllülərin və muzdlu döyüşçülərin Ukrayna tərəfdən döyüşməsinə şərait yaradır.

Və bütün bunlar Ukraynanın Suriyaya çevrilməsi riskini aktuallaşdırır. Çünki muzdluların döyüşü uzunmüddətli və daha dəhşətli olur.

Tarix
2022.03.13 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla