Yuxarı

Tofiq Yaqublu Əli Kərimliyə qarşı: sandıqlar açılır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tofiq Yaqublunu hər sözünü yerində deməyi bacaran siyasətçi kimi tanıyıram. Dedi-qodunu sevməz, sözü də şax üzə deməyə üstünluk verər. Amma elə sözləri olur ki, onu bir batman balla da yemək olmur. Nə edəsən ki, kişinin oğlu belədir.

Bu günlər onun bir səs yazısı yayılıb. O zamankı prezident Əbülfəz Elçibəyə qarşı impiçment prosedurundan danışır və konkret olaraq bu məsələlərdə Əli Kərimlini təqsirləndirir.

Sarsıdıcıdır, desəm yanılmaram, 93-cü illərin o isti yay günlərini xatırlayır, düm ağ kostyum geyinmiş bir partiya funksionerinin Milli Məclisin tribunasından Elçibəy haqqında ittihamları necə şəstlə səsləndirdiyini gözlərim önünə gətirirəm. İndi anlayıram ki, həmin hadisələrin iştirakçılarının sıraları xeyli geniş imiş, əməlli-başlı pay bölgüsü aparıblarmış. Sadəcə biriləri kölgədə qalmağa, digərləri isə ön plana çıxmağa üstünlük verib. Amma deputat bölgüsündən elə də pis pay almayıblar. Elçibəyin zəhərlənməsi ilə baglı yayılan söz-söhbətlərə də bəlkə elə bu kontekstdə yanaşmaq lazımdır.

Bəli, siyasət varsa, intriqa da vardır. Amma bu artıq intriqa ilə əlaqəsi olmayan konkret ittihamdır. Biz bəzi məsələlərin oradan qaynaqlandığını bilsək də, həmin dövrün Elçibəy-Yurdçu münasibətlərinin araşdırılmasına o qədər də həvəsli deyilik. Amma artıq gücə çevrilib AXCP-də əksər təsir rıçaqlarını ələ almış yurdçuların hər gün bir az da artan təsir dairəsini mütləq qeyd etməliyik. Bax, o zamanlar Elçibəy AXCP-də sədr olsa da, bütün idarəetmə rıçaqları Əli Kərimlinin əlində idi - o cümlədən impiçment məsələsi dair müəyyən nüanslar da. Bu məsələlər ətrafında separat sövdələşmələr, hətta bazarlıqlar belə aparıla bilərdi. Aparılırdı da. Cünki Kələki hicrətində olan Elçibəyin hadisələrə hər hansı təsir etmək imkanı yox dərəcəsində idi. Beləcə, cox məhdud sayda adamın bildiyi və eyni zamanda gələcək karyeraların, sövdələşmələrin əsasını təşkil edən danışıqlar öz yolu ilə gedirdi. Bununla da tariximizin o qədər də uzun olmayan bir dövrü qapandı.

Hər halda həmin dövrün bəzi təfərrüatının indi üzə çıxması təəccüblü görünməməlidir. Kim zəmanət verə bilər ki, yeni tariximizin bundan kaloritli təfərrüatının şahidi olmayacağıq.

Mən Tofiq Yaqublunun söylədiklərini həqiqətdənkənar fikirlər kimi qəbul edə bilmərəm. Çünki həmin dövr hadisələrinin canlı şahidi və arşdırıcısı olmuşam. Bəzi təfərrüatları bir kontekstə toplayanda kifayət qədər inandırıcı mənzərə alınır. Ona görə də söylənənlərin dərinləşdirilmiş analizi düşüncələrimizə yeni materiallar verə bilər.

Tofiq Yaqublunun Milli Şura daxilində dedi-qodulardan söhbət açması kifayət qədər düşündürücüdür. Burada da baş qəhrəman Gültəkin Hacıbəylidir. Həmin Gültəkin ki, bir zamanlar YAP-da sözünün qabağına söz qoyan yox idi. İndi olub az qala müxalifət düşərgəsinin ideoloqlarından biri. Tofiq Yaqublunun təbirincə desək, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbəri nələrdə təqsirləndirmir, necə deyərlər, ağ yuyub, qara sərir. Xanım doğurdandamı özü ilə İsa Qəmbər arasındakı fərqi görə bilmir?

Bəli, Əli Kərimlinin ətrafında iki gurultulu ad altında cəmlənmiş təşkilatlarda ruhi-psixoloji vəziyyət heç də normal deyil. Hər şey intriqa, dedi-qodu içərisində batıb gedir.

Tarix
2022.05.03 / 12:52
Müəllif
Qabil Hüseynli
Oxunub
13 661
Şərhlər
Digər xəbərlər

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla