Yuxarı

Azərbaycanla bu sahədə iki başlıca istiqamət var - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bu sahədə iki başlıca istiqamət var - Nazir

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində iki başlıca istiqamət var.

Axar.az xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vədat Bilgin bildirib.

"Azərbaycanla sosial müdafiə, əmək və məşğulluq sahəsi üzrə əsas əməkdaşlıqlarımızdan biri iş həyatının ILO (Beynəlxalq Əmək Təşkilatı) normaları çərçivəsində təşkil olunması, bütün sığorta sisteminin işçiləri qoruyacaq şəkildə formalaşdırılmasıdır. Digər məsələ isə, ümumi sığorta sisteminin daha da praktikləşdirilməsidir, yəni tibbi sığorta sistemi və sosial sığorta sisteminin gücləndirilməsidir", - Bilgin qeyd edib.

O, qeyd edib ki, həmin mövzularla bağlı işçi qruplar qarşılıqlı əlaqədədir:

"Hesab edirik ki, Azərbaycandan Türkiyəyə gələnlərin yaxud burada yaşayan Azərbaycan vətəndaşlarının, eləcə də, Türkiyədən gedib Azərbaycanda yaşayan vətəndaşlarımızın tibbi sahədə qarşılaşdıqları problemlərin daha rahat və asan həlli üçün çalışmalarımızın intensivləşdirilməsi olduqca vacibdir. Burada qurumlar və səhiyyə ocaqlarının da arasındaki əlaqələri genişləndirmək başlıca məqsədlərimizdəndir. Beləliklə, bu əməkdaşlıqları gücləndirməklə gələcəkdə iki qardaş ölkədən olan işçilərin sosial və tibbi sığorta problemlərinin aradan qalxacağını düşünürəm".

Tarix
2022.05.20 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

İlham Əliyevlə Merz arasında görüş keçirilir

Almaniya kansleri İlham Əliyevi belə qarşıladı

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Bakıda 31 məktəbdə yeni model: repetitorluq bitir?

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Prezidentlərin təkbətək görüşü keçirildi - Foto

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Mətbuat dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla