Yuxarı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya liderləri İlham Əliyevi təbrik edir

18:34

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.

Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik”, - təbrikdə qeyd olunub.

***

Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Verner, Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz əs-Səud, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha Prezident İlham Əliyevi ölkəmizin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Tarix
2022.05.21 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla