Yuxarı

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu:

"Azərbaycan bu razılaşmadan dərhal sonra əməli-praktiki addımlara keçdi. Ermənistana bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı müəyyən səbəblərə görə bir çox problemlər mövcuddur. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox yük Azərbaycan ərazisindən keçib".

Tarix
2026.07.21 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla