Yuxarı

Varşava-Bakı aviareysi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Varşava-Bakı aviareysi açıldı

Mayın 28-də “Four Seasons Hotel Baku”da Polşanın LOT Hava Yollarının Varşava-Bakı marşrutunun açılış mərasiminə həsr olunmuş mətbuat konfrans keçirilib.

Axar.az xəbər verir ki, mətbuat konfransında Azərbaycanın polşalı turistlər üçün kosmopolit bir ölkə olduğu vurğulanıb.

“Biz polşalı turistləri Azərbaycanda görməkdən çox məmnun olardıq. Sirr deyil ki, müasir Bakı XIX əsrin sonu - XX əsrin əvvəlində burada başlayan neft bumundan sonra Qərb və Şərqi birləşdirərək kosmopolit şəhərə çevrilib. Bu yenilik qarşısında bir qrup polşalı memar özündən sonra böyük irs qoyub. İki ölkə arasında mədəni əlaqələr var və açacağımız hava yolu vasitəsilə bu dostluğu möhkəmlədirəcəyik”, - deyə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib.

“Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Şadam ki, Varşava-Bakı hava yolu bu gündə açıldı. Bunu hədiyyə kimi qiymətləndirirəm. Mən artıq tur operatorları ilə görüşdüm, hər iki turizm agentlikləri artıq anlaşma memorandumu imzalayıblar”,- deyə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski qeyd edib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib ki, ölkələrimiz tarixi əlaqələrin 550, diplomatik əlaqələrin 30 illiyini və strateji əlaqələrin 5 illiyini qeyd edir. O, paytaxtlarımızı birləşdirən bu əlaqələri xalqlarımızı da birləşdirəcəyinə əminliyini vurğulayıb.

Tarix
2022.05.28 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla