Yuxarı

İrəvanda azərbaycanlı taksi sürücüsü… - Kütləvi psixoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar erməni mediası və sosial şəbəkələrində reallıqla heç cür səsləşməyən, tamamilə cəfəng məlumatlar yayılır.

Axar.az xəbər verir ki, onlardan biri guya Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyanın Moskvada “azərbaycanlı rəsmilərlə” görüşməsi və Laçın, Sus və Zabuxun təhvil verilməsi vaxtını “müəyyən etməsi”dir. Guya Azərbaycan rəsmisi 5 avqustun son vaxt olduğunu bildirib, Araik isə vaxtın uzadılmasını xahiş edib və "azərbaycanlı rəsmi" 25 avqusta razılaşıb.

Zəruri olaraq bildirək ki, Azərbaycan hətta 1990-cı illərdə, iqtisadi baxımdan ən zəif olduğu və ölkədə qeyri-stabilliyin yaşandığı vaxtlarda belə Qarabağdakı separatçıları tərəf olaraq tanımayıb. 1994-cü ildən 2020-ci ilə qədər olan müddətdə hər zaman tərəf kimi Ermənistan göstərilib və danışıqlar da Ermənistanla aparılıb. Bu baxımdan qalib Azərbaycanın Araik kimi separatçı-terrorçu ilə nəyisə razılaşdırmasından söhbət gedə bilməz.

Digər tərəfdən, Laçın şəhərinin və Laçın dəhlizi üzərindəki kəndlərin boşaldılması 10 noyabr 2020-ci il bəyanatında açıq şəkildə göstərilir. Hazırda Laçın yolunun alternativi hazırdır və Azərbaycan da 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq, Ermənistandan Laçın şəhərini və digər iki kəndi boşaltmağı tələb edir.

Üçüncüsü, Araik Arutyunyan haqda Azərbaycan Baş Prokurorluğu cinayət işi qaldırıb. Araik Azərbaycan qanunvericiliyi ilə canidir və məsuliyyətə cəlb edilməlidir. Azərbaycanın heç MİS müdiri də Araiklə nəinki nəyisə müzakirə edə, hətta bir masada otura bilməz.

Erməni paranoyasında daha bir fantaziya da var. Erməni mediası iddia edir ki, guya separatçıların “tş katibi” Vitali Balasanyan azərbaycanlı generalla görüşüb və Laçında təhvil veriləcək evləri göstərib.

Adi bir sual çıxır: Laçında “təhvil verilməyəcək” evlər varmı ki, təhvil veriləcəklər də göstərilsin?

Daha bir ağlasığmaz yalan isə bugünlərdə Qarabağa girişi qadağan olunan Ermənistanın keçmiş xarici işlər naziri və “İrs” partiyasının lideri Raffi Ovannisyanla bağlıdır. O, İrəvanda mindiyi taksinin sürücüsünün azərbaycanlı olduğunu, onunla Qarabağ mövzusunda mübahisə etdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu yazır ki, Armine Adibekyan isimli erməni xanım ekspert bir az da uzağa gedərək, azərbaycanlıların İrəvanda saylarının artdığını və metronu partlamağa hazırlaşdıqlarını vurğulayıb.

E.Şahinoğlu haqlı olaraq bunu İkinci Qarabağ müharibəsinin və son anti-terror əməliyyatının təsiri, kütləvi psixoz, paranoya, dəhşətli qorxu səbəbindən hər yerdə gözlərinə azərbaycanlı görünməsi ilə izah edib.

Tarix
2022.08.09 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla