Yuxarı

Dilçilik İnstitutunda qeyri-dil oyunları – Kimi aldadırsınız?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan alimləri potensiallarının böyük hissəsini şəxsi münaqişələrə sərf edirlər. Bakı Dövlət Universitetində oxuduğum illərdə eşidirdik ki, məsələn, "fizfak"da, hüquq fakültəsində, "kimfak"da, nə bilim, "biofak"da hansı alimlər yola getmirlər. O zaman elə düşünürdük ki, bu münaqişələr elm üstündədir. Sonradan anladıq ki, burada elm axırıncı rol oynayır. Hətta o qədər axırıncı yerdə ki, 20-30 il kafedra müdiri olan professor və akademiklər gənc elmlər doktorlarının yetişməsinə maneçilik törədirdilər. Qorxurdular ki, yerlərini tutarlar. Karyera davası elmi mühiti korlayırdı və belə də davam etməkdədir. Mən hələ rast gəlməmişəm ki, bizdə hansısa qocaman alim kafedra müdiri, yaxud dekan vəzifəsindən imtina etsin və yerini gənc alimə versin. Bu, xəstəlikdir.

Əslində böyük alim kimdir? Bütün böyük alimlər elmi vəzifələrdən üstün tutublar, məktəblər yaradıblar, gənc alimlər ordusu yetişdiriblər, ictimai rəyə böyük təsir göstəriblər, daha ömrünü Biləcəridən o yanda tanınmayan həmkarları ilə rəqabətə həsr etməyiblər. Mən yüzlərlə belə alimin adını çəkə bilərəm. Bizim alimlər vəzifə tutmaqdan qürur duyurlar, Qərb alimləri isə etdikləri kəşflərlə öyünürlər. Buyurun təqdimatlara baxın və müqayisə edin:

Noam Xomski – Amerika linqivisti, filosof və nəzəriyyəçi. Massaçuset Texnologiya İnstitutunun professoru, "Xomski ierarxiyası" adlanan formal dillərin təsnifatlandırılmasının müəllifi.

Nizami Cəfərov – Azərbaycan alimi, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin "Ümumi dilçilik kafedrasının müdiri", Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti.

Maykl Debeyki – Amerika kardiocərrahı, professor, cərrahiyyə sahəsində tanınmış mütəxəssis, Müqəddəs Luki Yepiskopal Hospitalında Texas Ürək İnstitutunun yaradıcısı. Dünyada insanların xilasına kömək edən cihaz, metod və prosedurların ixtiraçısı.

Gördüyünüz kimi, Azərbaycan alimlərinin tutduğu vəzifələr dünyanın nəhəng alimlərinin heç birində yoxdur. Böyük alimlər laboratoriyanı və kitabxananı bütün vəzifə və titullardan üstün tutublar.

Qayıdıram Tofiq Hacıyev müsibətinə. Bu Azərbaycan alimi Dilçilik İnstitutunun direktorluğundan çıxmaq üçün ərizə yazıb, sonra isə tutduğu əmələ görə peşman olub. Onun şanlı tələbəsi Nizami Cəfərov deyir ki, müəllimi tələsikliyə yol verib. Bu qədər qeyri-ciddilik olarmı? Akademik Tofiq Hacıyev bu ahıl vaxtında (79 yaşında) həm də BDU-da "Türkologiya" kafedrasının müdiridir. Akademik təqaüdü alır. Ancaq neçə aydır ki, elmi və işini-gücünü buraxıb, tələsik yazdığı ərizə ilə məşğuldur. Budur Azərbaycan aliminin əsl siması. Əslində Tofiq müəllimin yazdığı ərizə alimlər icmasına bir istefa mədəniyyəti gətirirdi. Ərizəni götürmək isə xəyal qırıqlığı yaratdı!

Azərbaycan alimləri içərisində ən çox yola getməyənlər filoloqlardır. Onların biri digərinin kitabını oxumur. Demək olar ki, onların 80%-i düşməndir. Əgər söhbət dilçilik və ədəbiyyatşünaslığın inkişafından gedirsə, bu cür davranışlar elmə nə verə bilər? Gənc alimlər bunlardan yaxşı nə götürə bilərlər?

Tofiq Hacıyevi böyük alim kimi qələmə verirlər. Ancaq bu biabırçılıqlar onun elminə şübhələri artırmırmı? Tofiq Hacıyev üzvü olduğu dissertasiya şuralarında neçə bekara işin əleyhinə səs verib? Bəlkə də heç birinin. Onun mütərəqqi, ictimai rəyə təsir edən bir cümləsini kimsə eşidibmi? Kimi aldadırsınız? Məgər dünyanın hər yerindən tələbələr gəlib ondan türkologiya öyrənmək üçün növbə gözləyir? Məgər böyük alimin şanlı tələbəsi Nizami Cəfərovu hamı yaxşı lətifələr bilən adam kimi tanımırmı?! Yaxud onun yetişdirmələrindən biri Ramiz Əsgər avantürist Fərəc Quliyevin qondarma "Milli Dirçəliş Hərəkatı" partiyasından deputatlığa namizədliyini verməyibmi?! Olmayan məktəbdə daha kimlər yetişib? Bilən varsa desin.

Allah Lüdviq Vitgenşteynə rəhmət eləsin. Onun dil oyunları nəzəriyyəsi axır ki, bizdə də işlədi. Bütün bunların hamısı "dil oyunları"dır, gəlib elmimizin başına…

Azpolitika.info

Tarix
2015.10.03 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla