Yuxarı

Nazir: “Korrupsiyanı dağıda bilərəm, rüşvəti isə…” – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: “Korrupsiyanı dağıda bilərəm, rüşvəti isə…” – Video

Gəncə şəhəri və ətrafdakı 5 rayonun vətəndaşlarını qəbul edən zaman bir gəlmişdi. Daşkəsən rayonundan. Şikayət etdi ki, süründürməçilik edirlər və hətta ondan nəsə istənilir.

O zaman misal çəkdim öz işçilərimə və qeyd etdim ki, hamınız yanımda olanda özünüzü aydan arı, sudan duru aparırsınız. Amma faktiki olaraq mən vətəndaşlarla görüşəndə vətəndaşlar mənə ayrı şeylər deyirlər.

Axar.az xəbər verir ku, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

ANS TV-də "Hesabat"ın qonağı olan nazir bir çox mətləblərə aydınlıq gətirib.

Onun sözlərinə görə, bu yaxınlarda Ağcabədi rayonundan da belə bir şikayət olub: "2013-cü ilin oktyabr 22-dən indiyə qədər bu səbəblər üzrə 768 nəfər işdən azad edilib.

İnzibati metodlarla bacardığım qədər cənab prezidentin qarşımda qoyduğu vəzifəni, yəni bu sistemi şəffaflaşdırılması vəzifəsini yerinə yetirmək üçün mübarizə aparacağam".

S.Müslümov qeyd edib ki, bir var rüşvət, bir də var korrupsiya: "Bunlar ayrı-ayrı şeylərdir. Rüşvət o adamların yerində elədikləridir. Korrupsiya o zaman olardı ki, burda bir sistem yaradılardı və başdan idarə olunardı. Bu, olacaqdı korrupsiya.

Yəni mən korrupsiyanı dağıda bilərəm. Amma rüşvəti dağıda bilmirəm. Söhbət bundan gedir ki, rüşvəti dağıtmaq üçün sistemin avtomatlaşdırılması həyata keçirilməlidir".

Nazirin sözlərinə görə, iki ildir Respublika Prokurorluğu ilə çox sıx əlaqədə işləyirlər: "768 adamın getməyi elə belə deyil. Hər gün 161 saylı prokurorluğun qaynar xəttinə gələn zənglər var. Onun çoxunu bizə göndərirlər. Hardasa konkret hal yoxdur, amma süründürməçilik və s. onlar bizə bunu göndərir, biz dərhal onları yerində araşdırırıq. Mənim nazir kimi ən çox məktub yazdığım orqan Respublika Baş Prokrorluğudur.

Tarix
2015.10.05 / 11:56
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla