Yuxarı

“Putinə bir də zəng etməyimin mənası yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putinə bir də zəng etməyimin mənası yoxdur”

Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulmasıdır. Rusiyanın bu hadisə ilə bağlı açıqlaması mənə inandırıcı gəlmədi.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiyanın Suriyada başlatdığı hava əməliyyatlarının əsil məqsədini açıqlayıb:

"Rusiya Suriyada İŞİD-i vurmur. Rusiyanın əsil dərdi Latakiyada hərbi baza qurmaqdır. Suriyada hərbi varlıqlarını gücləndirmək istəyirlər. Brüsseldə NATO-nun toplantısından sonra başda ABŞ olmaqla, bütün ölkələr fərqli mövqe ortaya qoymalıdırlar. Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulmasıdır. Rusiyanın bu hadisə ilə bağlı açıqlaması mənə inandırıcı gəlmədi. Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından sonra Vladimir Putinlə telefon söhbətimiz oldu. Bundan dərhal sonra isə hava məkanımız pozuldu. Bu situasiyada mənim yenidən Putinə zəng etməyimin mənası yoxdur. Lakin inanmıram ki, baş verən son hadisələr iki ölkə arasında birbaşa qarşıdurmaya çevrilsin".

Qeyd edək ki, sentyabrın 5-də Rusiya qırıcıları Suriya sərhədində Türkiyənin hava məkanını bir neçə dəfə pozub.

Tarix
2015.10.08 / 10:36
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla