Yuxarı

İrəvan anlamalıdır: heç bir güzəşt olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan anlamalıdır: heç bir güzəşt olmayacaq

Azərbaycan zarafat etmədiyini bir ay öncə də bildirmiş və istənilən təxribatın qarşısını ala biləcəyini sübut etmişdi. Dünən baş verənlər də Azərbaycanın heç bir güzəştli davranış sərgiləmək fikrində olmadığını göstərdi. Ermənistan artıq bundan dərs çıxarmalı və öhdəliyə əməl etməlidir.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Ermənistan siyasi-hərbi rəhbərliyinin hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək və sülh müqaviləsi üzrə danışıqları pozmaq cəhdləriylə bağlı danışarkən deyib.

“Ermənistan 10 noyabr sazişinin bəndlərinə müəyyən dərəcədə əməl etdi. Ancaq hələ də yarımçıq qalan xeyli öhdəliklər var. Azərbaycan bu məsələlərin üzərinə gedir, ancaq əsas diqqəti kommunikasiya məsələlərinin həllinə yönəldib. Ermənistan öz ərazisinə aid olan məsələlərdə hələ heç bir addım atmayıb. Yəni, bizim ərazimizdən ermənilər necə Laçın vasitəsilə Xankəndi ilə əlaqə qura bilirsə, eyni zamanda biz də Naxçıvanla əlaqə qurmalıyıq. Buna hər hansı şəkildə maneə yaratmalarına da imkan verməyəcəyik.

Prosesləri tamamlamamaq üçün Ermənistan təxribatlara əl atır. Biz qisas əməliyyatlarına son qoymamışıq. Ona görə də Azərbaycanın dünənki xəbərdarlığı Ermənistan üçün sonuncu dərs olmalıdır. Onlar imza atdığı sənəddəki müddəalara qəti şəkildə əməl etməlidir”, - deputat bildirib.

F.Mustafa qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar ataraq dəqiq vaxt təyin etməlidir:

“Məncə, qonşu ölkələrin bu istiqamətdə daha fəal olmasına ehtiyac var. Onlar təxribatçı və işğalçı Ermənistanın yanında durmaq əvəzinə, bu prosesi irəli aparmaq üçün əllərindən gələni etməlidirlər. Bu hamının xeyrinədir. Çünki bölgədə sülh olarsa, hamı bundan ancaq faydalana bilər”.

Tarix
2022.09.14 / 09:12
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla