Axar.az
Yuxarı

Axar.Az Logo

Sadıqovun "əks-hücum taktikası" dərhal dəyişdirildi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:27

27 sentyabr - Anım Günündə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev son dərəcə maraqlı, sensasion bir açıqlama verib.

“Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksək səviyyəli iştirakına zəmin yaratdı” deyən E.Quliyev qeyd edib ki, 2020-ci ilin sentyabr ayında İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi:

“Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi”.

Nəzərə çatdıraq ki, Vətən müharibəsi zamanı və postmüharibə dövründə xəbərlər yayılmışdı ki, döyüşün ilk günlərində Kəlbəcər istiqamətindən əməliyyatlara başlamaq kimi yanlış taktikanı o vaxt Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov qurubmuş. Buna döyüş əməliyyatları üzrə məsul generallar etiraz etsə də, N.Sadıqovun ilk gün özfəaliyyət edərək, döyüş əmri verdiyi və bir qrup hərbçimizin təxribata məruz qalmasına baiskar olduğu haqda daha əvvəllər də qeyri-rəsmi şəxslərin açıqlamaları olub.

Bir çoxları bunu Nəcməddin Sadıqovun “beşinci kolon” təmsilçisi kimi təxribatı hesab edir.

Elçin Quliyevin açıqlamasından bir daha aydın olur ki, Ali Baş Komandan bu taktikanı ilk gündəcə dəyişib və dərhal bütün əməliyyat planını şəxsən öz nəzarətinə alıb və bütün döyüş taktikalarını özü qurub.

Bir faktı qeyd edək ki, döyüşlərin ilk günlərindən şübhəli fəaliyyəti ifşa edilən Nəcməddin Sadıqov təcrid edilib, döyüş əməliyyatından uzaqlaşdırılıb.

Ancaq görünən budur ki, hərbi cinayət hesab oluna biləcək davranışlarına rəğmən Sadıqov hələ də məsuliyyətə cəlb olunmayıb.

Bunun səbəbi nədir? Onu qoruyan Kremldirmi?

Axar.az xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında Müdafiə Nazirliyində əməliyyat paketi hazırlandığını və saxlanıldığını bildirib:

“Müharibə başladığı halda əvvəlcədən hazırlanmış xəritə üzərində planlar olur. Bu planları, xəritələri Baş Qərargah rəisinin tabeliyində olan Baş Əməliyyat İdarəsi hazırlayır. Döyüş başladıqda plana uyğun olaraq əməliyyatlar həyata keçirilir. 27 sentyabrda Ermənistan Azərbaycan Ordusunun bölmələrinə qarşı genişmiqyaslı hücuma başlayanda Müdafiə Nazirliyinin Baş Qərargahında ya nəzərə almamışdılar ki, Ağdərə istiqamətində düşmənin 21 mindən artıq canlı qüvvəsi var idi, ağır texnikaları bu istiqamətdə daha çox cəmləşmişdi, ərazi həddən artıq minalanmışdı, düşmən çox güclü mühəndis istehkam işlərini burada həyata keçirmişdi. Bəlkə də ordumuzu elə ilk günlərdəcə ağır itkilərə məruz qoyub məğlubiyyətə uğratmaq üçün Baş Qərargah rəisinə tabe olan Baş Əməliyyat İdarəsi qəsdən əməliyyatlara məhz bu ərazidən başlamaq planını hazırlamışdı. Əməliyyat planını Baş Qərargah rəisinin xəbəri olmadan, onun təsdiqi olmadan hazırlamaq mümkün deyil. Deməli, Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq planı xəyanət olub. Xatırlayırsınızsa, müharibənin ilk günündə xəbərlər gəlməyə başlamışdı ki, ordumuz Kəlbəcər istiqamətində döyüşür və ilk gündə xeyli sayda canlı itkilər var. İndi general-polkovnik Elçin Quliyevin açıqlamasından məlum olur ki, bəli, əməliyyat bu ərazidən başlayıbmış, ancaq təcili surətdə əməliyyat planına Ali Baş Komandan tərəfindən kəskin dəyişiklik edilib və məhz bundan sonra ordumuzun uğurları başlayıb, zəfər yolu üzümüzə açılıb. Demək, belə çıxır ki, Nəcməddin Sadıqovun planının üstündən ən yüksək səviyyədə xətt çəkilib. Mən aldığım məlumata görə, Nəcməddin Sadıqov 1-ci ordu korpusunun komandiri general Hikmət Həsənova belə göstəriş veribmiş. Lakin Hikmət Həsənov Ali Baş Komandan İlham Əliyevə vəziyyəti məruzə edərək deyib ki, Nəcməddin Sadıqovun irəli sürdüyü əməliyyat planı ilə hərəkət edilsə, itkilərimiz çox olacaq. Hikmət Həsənov və Hava Hücumundan Müdafiə Hərbi Hava Qüvvələrinin komandanı general Tahirov məhz bundan sonra döyüş əməliyyatlarının gedişi zamanı Nəcməddin Sadıxov tərəfindən vəzifələrindən kənarlaşdırılıblar. Prezident İlham Əliyevə bu barədə xəbər çatan kimi hər iki generalı öz vəzifələrinə qaytarıb və əməliyyat planını dəyişdirərək döyüşlərin Araz boyu istiqamətindən aparılması bu əməliyyata uyğun olaraq həyata keçirilib. Nəcməddin Sadıxov isə faktiki olaraq həmin andan vəzifə səlahiyyətlərindən məhrum edilmişdi. Azərbaycan Ordusunun qələbəsində haqqında söhbət gedən əməliyyat planının Prezident tərəfindən dediyimiz istiqamətdə dəyişdirilməsinin çox ciddi rolu olub”.

Rövşən Məhərrəmov vurğulayıb ki, Nəcməddin Sadıqov və onun bacısı oğlu general Ramin Əsgərovu Rusiyadakı müəyyən hərbi-siyasi dairələrin müdafiə etdiyi, qoruduğu, həbsinə imkan vermədiyi barədə dəfələrlə mətbuatda yazılar dərc olunub, açıqlamalar verilib:

“Mənim özüm də bu barədə açıqlamalar vermişəm. Onların cinayət xarakterli bu və ya digər çoxsaylı əməllərə yol verdikləri haqda dəfələrlə yazılıb, deyilib. Lakin bu günə qədər ancaq vəzifələrindən uzaqlaşdırılmaqla cəzalandırılıblar. Hazırda ordumuzda zaman-zaman baş verən müəyyən proseslər barədə hüquqi araşdırmalar aparılır, vaxtaşırı həbslər həyata keçirilir. Bu araşdırmalar hələ bitməyib. Məncə, tam şəkildə araşdırmalar başa çatdıqda əgər Nəcməddin Sadıqovun cinayətə yol verdiyi sübuta yetirilsə, ona qarşı hüquqi müstəvidə ciddi tədbir görülməsi qaçılmaz olacaq. Bəli, Azərbaycanda "5-ci kolon" fəaliyyət göstərir. Onlar bütün gücləri ilə proseslərə mane olmağa çalışırlar".

Tarix
2022.09.29 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Milli Hərəkatdan çağırış: Bizi son milli savaş gözləyir!

Misir Qasımlı niyə həbs edilib? – Sensasion detallar

Uduzacağımızı bilə-bilə niyə müharibə etdik? - Arşakyan

“Qardaş yumruğu” İrana cavabdır – Çelikdönməz

Ermənilər DSX-nin mövqelərini atəşə tutdu

Dünya gücləri İranı işğal edərsə... – Yədulla Nəminli

Baş nazir Zəngəzur dəhlizindən danışdı

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

Kreml vaxt qoydu: silahlılar Qarabağdan çıxır - Ohanesyan

İsrail Bakının bu layihəsinə qoşulmalıdır - Kara

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla