Yuxarı

Dəhliz Ermənistan ərazisindən keçirsə... - Overçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhliz Ermənistan ərazisindən keçirsə... - Overçuk

Rusiya, Ermənistan və Azərbaycan eksterritorial dəhliz yaradılmasını müzakirə etmir, çünki yollar yalnız tərəflər arasında sərhədi keçmək və bu yollarla hərəkət üçün hüquqi rejimi dəqiq müəyyən etdikdən sonra açıla və ya tikilə bilər. Danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsipin işlənib hazırlanması vacibdir: “Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir”. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistan yoludur, Azərbaycan ərazisi boyuncadırsa, Azərbaycan yoludur.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Azərbaycanla dövlət sərhədlərinin həllində Ermənistanın Avrasiya İttifaqına üzvlüyü də nəzərə alınacaq.

“Bütün müqavilələrimiz bu amil nəzərə alınmaqla qurulub. Eyni zamanda, müştərilərin nöqteyi-nəzərindən insanların və malların sərhədi keçməsini asanlaşdıran informasiya texnologiyalarından maksimum istifadə etməyə çalışırıq. Hesab edirəm ki, müzakirə olunan texnoloji həllər daha sonra Avrasiya İttifaqının gömrük sərhədinin digər bölmələrində istifadə üçün nümunə ola bilər”, - Overçuk bildirib.

Tarix
2022.09.30 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla