Yuxarı

Hulusi Akar Azərbaycana gəldi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hulusi Akar Azərbaycana gəldi - Video

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülan və başqa yüksək rütbəli zabitlər müşayiət edir.

H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 4-də H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularına yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Milli müdafiə naziri ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin digər rəhbər heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Tarix
2022.10.04 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla