Yuxarı

Güney məsələsi 300 milyonun diqqətindədir - Yüce

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çox ciddi təhlükəsizlik və etimad böhranı yaşadığı bir dövrdə Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısının Səmərqənddə baş tutması xüsusi önəm kəsb edir. TDT ölkələri başçıları bütün hallarda bir yerdə olacaqları haqqında dünyaya mesaj verdilər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İqtisad fakültəsinin dekanı, professor Mehmet Yüce deyib.

Professor Zirvə Toplantısında beynəlxalq aləmə verilən mesajlardan və qəbul olunan yekun bəyanatdan bəhs edib:

“Zirvə tarixi qərar və mesajlarla yadda qalıb. Birincisi, Şimali Kipr Türk Respublikası müşahidəçi statusu ilə təşkilata üzv qəbul olundu. Verilən qərar türk dövlətlərinin Şimali Kipr ilə birbaşa əlaqə qurması üçün yol açacaq. İkincisi, Zirvədə cənab İlham Əliyev TDT dövlətlərinin sərhədlərindən kənarda yaşayan türklər barədə tarixə düşən sözlərlə çıxış etdi. Prezident türk dünyasının yalnız türk dövlətlərindən ibarət olmadığını vurğuladı və dünyanın müxtəlif ölkələrində yaşayan türklərin hüquq, təhlükəsizlik və milli kimliklərinin qorunması, assimilyasiya olmamaları kimi məsələlərin artıq TDT səviyyəsində muzakirəsinin vaxtının çatdığını bildirdi. Eyni zamanda ölkə başçısı Azərbaycanın sərhədlərindən kənarda yaşayan 40 milyon azərbaycanlının böyük əksəriyyətinin öz ana dilində təhsil hüququndan məhrum edildiyini bildirərək ad çəkmədən İrana xəbərdarlıq etdi.

Üçüncüsü, cənab Ərdoğanın AB-yə müraciət edərək, Türkiyənin üzvlük məsələsini 52 ildir süründürdüklərini qeyd etməsi və vaxtı çatanda lazımi cavabı verəcəklərini vurğulaması yeni dövrdə TDT-nin üzərinə götürəcəyi missiyaya aid mesaj kimi qiymətləndirilib”.

Professorun sözlərinə görə, Zirvədə qəbul olunan bəyanat siyasi, iqtisadi, ekoloji, rəqəmsal transformasiya, mədəniyyət, səhiyyə, müdafiə və müdafiə sənayesi kimi sahələrdə genişmiqyaslı əlaqələrin inkişafını nəzərdə tutur. Bəyanatda öz əksini tapan məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:

“Birincisi, sənəddə üzv və müşahidəçi ölkələrin siyasət, xarici siyasət və təhlükəsizlik məsələlərində daha yaxın əməkdaşlığı öz əksini tapdı. “Türk Dünyası- 2040” Strateji sənədinin həyata keçirilməsi üçün 2022 və 2026-cı illər üçün fəaliyyət planı qəbul edilib, Səmərqənd türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bundan başqa Xəzərdən keçən Orta Dəhlizin potensialından faydalanmaq üçün aktiv əməkdaşlıq qərarı verilib. Eyni zamanda sənəddə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Tacikistan-Qırğızıstan sərhəd problemlərinin beynəlxalq hüquqa uyğun şəkildə həllinə cəhd olunması məsələləri də sənəddə xüsusi vurğulanıb, Əfqanıstana humanitar yardım, terrorizm və radikalizmlə mübarizə məsələləri öz əksini tapıb.

Nəticə olaraq TDT 300 milyon əhaliyə, 1.4 trilyon dollar milli gəlirə, 700 milyard dollarlıq xarici ticarət dövriyyəsinə sahib olan bölgədir. Hazırda bəşəriyyət yeni dövrün astanasındadır. Bu yeni dövrdə özümüzə layiqli yer tutmaq üçün yeganə yolumuz birlikdə olmaq və əlimizdəki gücdən səmərəli şəkildə istifadə etməkdir”.

Tarix
2022.11.14 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla