Yuxarı

“Nar” laboratoriyası yeni avadanlıqlarla təchiz olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” laboratoriyası yeni avadanlıqlarla təchiz olundu

Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib.

Axar.az xəbər verir ki, yeniliklərlə tanış olmaq məqsədilə, “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.

“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür etdi. ““Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada, universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirib.

Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğuladı: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”

Qeyd edək ki, “Nar” GSM Laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2022.11.30 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla