Yuxarı

“Qardaş yumruğu” İrana cavabdır – Çelikdönməz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qardaş yumruğu” İrana cavabdır – Çelikdönməz

Türkiyə və Azərbaycanın birgə hərbi təlimi İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri türkiyəli köşə yazarı Ömür Çelikdönməz “Dik qəzet”dəki məqaləsində qeyd edib.

“Molla rejiminin Ermənistan sevgisi yeni deyil. Sadəcə öz ölkələrində yaşayan Güney Azərbaycanın türk əhalisinin Quzey Azərbaycan türkləri ilə birləşmək qorxusu onları ermənilərlə yatağa salır. İran administrasiyasının mövcud şərtlər altında qondarma təhlükəsizlik narahatlığı onun Ermənistan vasitəsilə Azərbaycana qarşı hibrid müharibə apardığını düşünməyə əsas verir.

Strateji müttəfiq kimi Tehranla İrəvan arasında əlaqələrin genişlənməsi, İranın Ermənistanı “qırmızı xətt” elan etməsi, ermənilərə təlim keçmək üçün 14 terrorçu göndərməsi, sərhədlərdə manevrlər, təəssüf ki, bu məlumatı təsdiqləyir. Bu azmış kimi, İran hakimiyyəti Azərbaycanı terrorçulara kömək etməkdə ittiham edir. Terrorçu dedikləri Güney Azərbaycan türkləri nəzərdə tutulur”, - yazar bildirib.

Onun sözlərinə görə, Ermənistanla İran Birinci Qarabağ müharibəsi dövründə də əməkdaşlıq ediblər və bu əməkdaşlıq Azərbaycana qarşı yölənib:

“1992-ci il mayın 8-də İranın vasitəçiliyi ilə danışıqlar aparıldığı zaman Azərbaycanın Şuşanı itirməsi də danılmaz həqiqətdir. İranın oxşar addımları İkinci Qarabağ müharibəsi vaxtında da davam edib. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab olaraq qiymətləndirilməlidir”.

Tarix
2022.12.09 / 13:11
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla