Yuxarı

Ərdoğandan sərt çıxış: “Heç kim bizə ağıl verməsin”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan sərt çıxış: “Heç kim bizə ağıl verməsin”

Suriya və İraqdakı problemlər bir gün bitəcək. Buna inancımız sonsuzdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli rəhbərlərlə görüşü zamanı deyib.

O, Türkiyənin Avropaya nisbətən Suriya və İraqdan gələn qaçqınlar arasında fərq qoymadığını bildirib:

"Türkiyə Suriya və İraqdan gələn 2,5 milyon qaçqını qəbul etdi. Avropa ölkələri isə çaxnaşmaya düşdü. Hətta Avropa Birliyinin gələcəyini müzakirəyə çıxardılar.

Onlar Aralıq dənizində miqrant gəmilərini batırmağa çalışarkən, biz 65 min qurbanı dənizdə xilas etdik.

Bu günə qədər suriyalı qaçqınlar üçün 8 milyard dollar xərclədik. Türkiyə hər kəsə qapılarını açarkən, Avropa ölkələri insan seçir. Suriya və İraqdakı problemlər bir gün bitəcək. Buna inancımız sonsuzdur".

Ərdoğan deyib ki, həmin vaxt gəldiyində ağıllarda yalnız Türkiyənin sərgilədiyi insani mövqe qalacaq:

"Özümüzü onların yerinə qoyaq. Heç kim bizə bu məsələdə ağıl verməsin. Bizim bu vətəndən başqa vətənimiz yoxdur. Ona görə də, bizə bu vətəni dar etmək istəyənlərə biz bu vətəni dar edərik".

Tarix
2015.11.04 / 16:56
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla