Yuxarı

Xankəndi yolu: Aksiyaçılar bir ayda nəyə nail oldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi yolu: Aksiyaçılar bir ayda nəyə nail oldu?

Ekofəalların Laçın-Xankəndi yolundakı aksiyasının əsas nailiyyəti odur ki, artıq otuz gündür Ermənistandan Qarabağa silah və mina daşınmır, oradan silahlı qruplar keçmir, qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısı alınıb.

Bu sözləri Axar.az-a ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanın bir ayının tamam olması haqqında açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq sözügedən məsələdə dövlətin və xalqın vahid mövqedən çıxış etdiyini vurğulayıb:

“Azərbaycan Ermənistanın Qarabağda məhdud subyektliliyini də şübhə altına aldı. Yəni Ermənistan Xankəndiyə nə qədər qaz və işıq versə, maliyyə ayırsa da, Qarabağın ölkəmizin nəzarəti altında olduğunu İrəvana göstərdik. Digər tərəfdən, biz bütün dünyaya və bölgədə maraqlı olan ölkələrə milli məsələlərdə cəmiyyətin və dövlətin vahid mövqe nümayiş etdirdiyini bir daha sübut etdik. Heç bir təzyiq dövlətimizin və xalqımızın bu mövqeyini sarsıda bilməz”.

Fərhad Məmmədov bildirib ki, əsas hədəfimiz Laçın yoluna nəzarətin institutlaşdırılmasıdır:

“Yəni ya şərti sərhədə giriş-çıxışa nəzarət formalaşdırılmalı, yaxud da yol boyunca nəzarət təmin olunmalıdır. Digər əsas nailiyyətlərdən biri Qarabağdakı ermənilərə talelərinin ancaq Azərbaycanla bağlı ola biləcəyi, razılaşmayanların isə oranı tərk etməli olduğu mesajının verilməsidir. Bütün dünya bir daha gördü ki, dövlətimiz Qarabağla bağlı hansısa güzəştə getməyəcək, bununla bağlı hansısa xarici ölkə və qurumla müzakirədən belə söz gedə bilməz”.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Qarabağdakı “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qanunsuz istismar və ekoloji fəsadlarla bağlı monitorinq aparmalı idi. Lakin monitorinq sülhməramlıların fəaliyyətsizliyi ucbatından baş tutmadı. Bundan sonra dekabrın 12-də Laçın-Xankəndi yolunda ekofəallar aksiyası başladı.

Tarix
2023.01.11 / 09:15
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla