Yuxarı

Şeyx islam dünyasına çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx islam dünyasına çağırış etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak edib.

Axar.az QMİ-nin saytına istinadən xəbər verir ki, A.Paşazadə həmin məclisin 50 üzvündən biri seçilib.

Livanın paytaxtı Beyrut şəhərində keçirilən və İslam aləminin nüfuz sahibi olan alimlərin iştirak etdiyi iclasda çıxış edən A.Paşazadə İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslam birliyinin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Dağlıq Qarabağ probleminə toxunan QMİ sədri Azərbaycan ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin və ziyarətgahların dağıdıldığını qeyd edərək yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb. Sonda A. Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibəti ilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.

İclas çərçivəsində QMİ sədrinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.

Şeyxülislamı həmçinin Livan parlamentinin sədri Nəbih Birri qəbul edib. Görüş zamanı N. Birri Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu, bu sahədə dini liderlərin rolu qeyd olunub.

A. Paşazadə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bildirib. Azərbaycanda Livan kimi çoxkonfesiyalıq sahəsində oxşarlığın olması, Azərbaycanda məzhəblər və dini konfesiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran QMİ sədri bu birliyin başqa ölkələr üçün nümunə olduğunu vurğulayıb.

Tarix
2015.11.06 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla