Yuxarı

İƏT-in Gənclər Forumu Azərbaycana dəstək istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏGF) İdarə Heyəti yanvarın 27-də İstanbulda keçirilmiş iclasında Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum qərəzli qətnaməni kəskin şəkildə qınamaqla yanaşı, Senatın bu hərəkətini son iki əsrdə müsəlmanlara qarşı yürüdülən islamafobik siyasətin növbəti təzahürü kimi qiymətləndirib.

İƏGF-nin katibliyindən Axar.az-a verilən məlumata görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönələn istənilən addımı, xüsusi ilə Azərbaycan Hökumətinin bu istiqamətdəki cəhdlərini alqışlayan İƏGF İdarə Heyəti Fransa Senatını birtərəfli, ədalətsiz və qərəzli qərarını dərhal geri çəkməyi tələb edib.

İƏGF İdarə Heyəti, eyni zamanda, Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin Ermənistan və Qarabağdakı cinayətkar ünsürlər tərəfindən qeyri-qanuni istismarını kəskin şəkildə qınayıb, bu barədə İƏT Baş katibi və İƏGF sədrinin müvafiq bəyanatlarını alqışlamaqla, bu qeyri-qanuni fəaliyyətin dayandırılmasını tələb edərək, azərbaycanlı ekoaktivistlər və QHT-lərin Laçın-Xankəndi yolunda dinc nümayişlər keçirməsini dəstəkləyib. Ermənistanın bu əməlinin həm Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatına, həm də İƏT qərarlarına zidd olduğunu ifadə edən İdarə Heyəti İƏGF-yə üzv təşkilatları azərbaycanlı gənclərin bu etiraz aksiyalarını müxtəlif sosial media resurslarında istifadə etməklə dəstəkləməyə çağırıb.

Tarix
2023.01.29 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla