Yuxarı

Güneydə güclü zəlzələ: 3 ölü, 973 yaralı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:23

Ötən gün axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Xoy mahalında 6,2 bal gücündə baş verən zəlzələ nəticəsində dağıntılar olub.

Axar.az xəbər verir ki, bu barədə “İranworkers” Tvitter hesabı məlumat yayıb.

Bildirilib ki, Xoyda yaralananlar da var.

Yeraltı təkanlar yerin 10 km dərinliyində olub.

***

Xoydakı zəlzələ nəticəsində 2 nəfər ölüb.

Bu barədə Qərbi Azərbaycan Böhran Vəziyyətləri İdarəsindən bildirilib.

İran Qızıl Aypara Cəmiyyəti isə təbii fəlakət nəticəsində 122 nəfərin yaralandığını vurğulayıb.

***

Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 664-ə çatıb.

Bunu əyalətin rəhbəri Məhəmməd Sadiq Motamedian deyib.

Onun sözlərinə görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, tikililərin 50 faizi dağılıb.

***

İranın Qərbi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 nəfər yaralanıb.

***

Qərbi Azərbaycanda baş verən zəlzələ nəticəsində yaralananların sayı 973-ə çatıb.

Yaralılardan 858 nəfəri Xoydakı, qalanları isə Salmas və Çayparadakı xəstəxanalara göndərilib.

Tarix
2023.01.29 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran İsraillə barışmağa çalışır: bəs, Bakını niyə təhdid edir?

Azərbaycanlı milyarder Putini tənqid etdi: Ordu yoxdur...

İran biz tərəfdən müdaxilə etsə, iki ölkə Bakıya qoşulacaq

Rusiya ittiham əvəzinə bəyanatı təkrar oxusun – Ekspert

Güneyin ilk İnsan Haqları Təşkilatının hədəfi…

Sülhməramlıların Ordumuzun əməliyyatına reaksiyası...

Ermənilərdən Türkiyə ilə oyunda şok pankart - Foto

Millət vəkilini bulvara buraxmadılar - Sensasiya

Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

Brüssel aksiyası: Bu, Milli Hərəkat üçün ilk idi

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla