Yuxarı

Paşinyan ermənilərə Azərbaycan vətəndaşlığı təklif etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır. İlk növbədə məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir. Ermənistan pasportlarının separatçılara verilməsinin dayandırılmasına səbəb ötən il oktyabrın 7-də Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda “Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu” qəbul edir.

Axar.az xəbər verir ki, bunu “Hraparak” qəzetində Avetis Babacanyanın məqaləsini təhlil edən rusiyalı analitik Andrey Petrov deyib.

Məqalədə qeyd olunur ki, separatçıların silahlanmasının qarşısının alınması səbəbindən Azərbaycana qarşı “revanş planı” keçmişdə qalıb:

“Bununla əlaqədar Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qarşısında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının real intihar ssenarisi olduğunu indi anladılar. Məqalədə bildirilir ki, təxminən 30-35 min nəfər Azərbaycan vətəndaşlığını almağa razıdır. Bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının 40 mini keçmədiyini xatırlamaq yerinə düşər. Paşinyanın komandası erməni diasporundan gələn maliyyə xatirinə Qarabağdakı separatçı layihəni dəstəkləməkdə davam edir. Lakin daxili kanallar vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını çatdırır. Bu gün İrəvanın marionetləri və qaçaq milyarder Ruben Vardanyanın Qarabağ erməniləri üçün yaratdığı dözülməz şərait Ermənistan hakimiyyətinin separatçı layihəni bağlamaq planının bir hissəsi ola bilər. İnsanlar anlayanda ki, hazırki rəhbərlik dövründə orada yaşamaq qeyri-mümkündür, onların Azərbaycan vətəndaşlığı üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi daha asan olacaq. Silahlı yaraqlılar və digər qeyri-qanuni immiqrantlar qaçacaq, mülki əhali isə Qarabağda qalacaq. Beləliklə, Azərbaycan və Ermənistan üçün vəziyyət müsbət nəticələnəcək. Paşinyan Ermənistanın Qarabağ müharibəsində təslim olmasından sonra ən azı nəyisə udmağa çalışır. Deyəsən, o, nəhayət ki, yolunu tapıb: Separatçı layihə bağlanacaq, bunun sayəsində hamı qalib olacaq: həm Bakı, həm də İrəvan”.

Tarix
2023.02.03 / 16:13
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla