Yuxarı

İranda həbs edilən azərbaycanlılar kimlərdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda həbs edilən azərbaycanlılar kimlərdir?

Güney Azərbaycanda fars şovinizminə qarşı təşkil edilən etiraz aksiyalarında həbs edilənlərin əksəriyyəti siyasi fəallardır.

Axar.az xəbər verir ki, bundan öncə də onların bir hissəsi müxtəlif zamanlarda İran kəşfiyyatının hədəfinə tuş gəliblər.

Həmin şəxslərin bəzilərinin fəaliyyəti haqqında qısa məlumatı təqdim edirik:

1. Nadir Əzizi – İranın şimalında yerləşən ən sonuncu şəhəri olan Parsabadda əsas siyasi fəallardan biridir. Nadir Əzizi bundan öncə 2010-cu ilin mayında ETTELAAT tərəfindən həbs edilmişdi. Həbs edilən zaman onun ailə üzvləri xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təzyiqə və təhqirə məruz qalıb. Həbs edilməsinə əsas səbəb 2006-cı il mayın 22-də Tehranda çıxan "İran" rəsmi qəzetində azərbaycanlıların təhqir edilməsi ilə bağlı baş tutan aksiyaların ildönümünə hazırlıq olub.

2. Rəhim Qulami – Ərdəbildən olan jurnalist və milli mədəni fəal. Bu ilin oktyabrında ETTELAAT tərəfindən həbs edilərək, dindirilib. Həbs Ərdəbil şəhərində baş tutub. Ona dindirilmə zamanı işgəncələr verilib. İran kəşfiyyatı Qulamidən nə üçün bu yaxınlarda həbsdən azad edilən Səid Mətinpurla (siyasi fəal, 7 il həbsdən sonra azadlığa çıxıb – red.)görüşə getdiyini, nə üçün Abbas Lisaninin (siyasi fəal, hazırda həbsdədir – red.) doğum gününü qeyd etdiyi soruşulub. Həbsdə ona hədə qorxu gəlinərək, fikirlərindən əl çəkməyəcəyi təqdirdə öldürüləcəyi bildirilib.

3. Fərşid Piçqanlu – milli mədəni fəal. Bu ilin sentyabrında Ərdəbildə futbol matçını izləməyə gedərkən həbs edilərək, naməlum istiqamətə aparılıb. Onunla bərabər 5 nəfər də həbs olunmuşdu.

4. Ulduz Qasimi – qadın milli mədəni fəal. Ulduz Qasımi bundan öncə 2008-ci ilin dekabrında Urmiyədə ETTELAAT tərəfindən həbs edilmiş, sonradan 15 min dollar müqabilində azadlığa buraxılmışdı. Sonuncu aksiyalar zamanı həbs edilib. Haraya aparıldığı bəlli deyil.

5. Meysəm Colani – milli mədəni fəal. Sonuncu dəfə 2015-cü ilin sentyabrında həbs edilib. Bundan iki il öncə isə "Traxtor" futbol klubunun matçını izləmək istərkən Təbrizdə yaxalanaraq, işgəncələrə məruz qalıb.

6. Əli Xeyrcu – milli mədəni fəal. Urmiya gölündəki ekoloji fəlakətlə bağlı 2011-ci ildə keçirilən aksiyalarda həbs edilmişdi. Daha sonra Ərdəbil məhkəməsi onu 5 il azadlıqdan məhrum edərək, Kermanşah həbsxanasına göndərmişdi. Bununla bərabər, onun iki il müddətində Qərbi və Şərqi Azərbaycan, eləcə də Ərdəbildə yaşaması qadağan edilmişdi. Bu ilin may ayında azadlığa çıxıb.

7. Elşən Böyükvənd – Güney azərbaycanlı şair, milli mədəni fəal. Bundan öncə Azərbaycanda yayımlanan mətbuat orqanlarında və "Azadlıq" radiosunda yazıları dərc olunub.

Qeyd edək ki, həbs edilənlərin sayı 47 nəfərdir.

Tarix
2015.11.11 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla