Yuxarı

Rus deputatın Azərbaycan xalqını təhqiri... - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus deputatın Azərbaycan xalqını təhqiri... - Korotçenko

Deputat Vitali Milonovun təhqiramiz çıxışı ilə bağlı Azərbaycanın Rus İcması Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət etməlidir.

Axar.az xəbər verir ki, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko rusiyalı deputat Vitali Milonovun erməni kanallarından birinə müsahibəsi zamanı ölkəmizin rus icmasının üzvlərinin ünvanına təhqiramiz sözlər səsləndirməsini şərh edib.

İ.Korotçenko bildirib ki, deputat Vitali Milonov Azərbaycan xalqını təhqir etməklə yanaşı, rus icmasının ünvanına da nalayiq ifadələr işlədib.

“Bu, parlamentari üçün qətiyyən yolverilməz hərəkətdir. Milonov Rusiya və Azərbaycan prezidentlərinin imzaladıqları müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni pozmağa cəhd göstərir və bununla da açıq şəkildə Vladimir Putinin siyasi kursuna qarşı çıxır”, - deyə politoloq bildirib.

İ.Korotçenko Azərbaycanın Rus İcmasını Milonovun parlament və insani davranış qaydalarını pozan bu nalayiq hərəkətinə müvafiq qiymət verməsi üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmən müraciət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov erməni kanallarından birinə müsahibəsində Laçın yolunda keçirilən ekoloji aksiyaya qatılmış Azərbaycanın Rus İcmasının üzvlərinə qarşı nalayiq ifadələr işlədərək onları təhqir edib.

Tarix
2023.02.04 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla