Yuxarı

ANS TV-nin yayımını dayandıra bilərdik - MTRŞ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS TV-nin yayımını dayandıra bilərdik - MTRŞ

Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə keçirilən prosesdə MTRŞ nümayəndəsi "Salam, Azərbaycan" verilişinin 10 gün müddətinə bağlanmasının səbəblərini açıqlayıb.

Report-un xəbərinə görə, MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, həmin verilişdə reklam müddəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri pozulub. Bundan başqa, N.Cavadov "Salam, Azərbaycan" proqramının yayımı zamanı "TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa" cümləsi işlədilən mahnının efirə getməsinə də irad bildirib. O, "Salam, Azərbaycan" proqramında digər bir sıra qanun pozuntularının olduğunu da əlavə edib. "Biz ANS TV-nin yayımını bir ay müddətinə dayandıra bilərdik. Bununla bağlı qarşı tərəfi teleqram vurmaqla məlumatlandırmışdıq", - N.Cavadov bildirib.

Məhkəmədə çıxış edən ANS Yayım və Media Şirkətinin nümayəndələri isə bildirib ki, MTRŞ "Salam, Azərbaycan" proqramının bağlanması barədə qərar qəbul etməsi ilə qanun pozuntusuna yol verib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib.

Xatırladaq ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib. ANS məhkəmədən həmin qərarın ləğv edilməsini istəyib.

Tarix
2015.11.12 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla