Yuxarı

Vüqar Bayramov G20-dən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Bayramov G20-dən yazdı

Azərbaycanın ilk dəfə qatıldığı liderlər sammiti ölkəmiz üçün kifayət qədər uğurlu oldu.

Axar.az xəbər verir ki, bu barədə hazırda Antalyada G20 sammitində Azərbaycanı ekspert kimi təmsil edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. İqtisadçı alim bildirib ki, Azərbaycanın nümayəndə heyəti bütün platformalarda təmsil olunub:

"İlk dəfə olaraq ölkəmiz "Biznes 20", "Beyin 20", "Qadın 20" kimi platformalarda fəal iştirak etdi. Sammitin özünə gəldikdə isə Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli görüşlər keçirməklə yanaşı, eyni zamanda, yüksək tədbirdə çıxış etdi. Dövlət başçısı çıxışında iqtisadi və regional məsələlər, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi. Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi. Mehriban xanım həmçinin Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi. "Beyin 20" və "Biznes 20" platformalarında nümayəndələrimiz xeyli aktiv oldular. Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhfəsi birmənalı şəkildə yüksək qiymətləndirilməlidir. Bütövlükdə, sammit çərçivəsində bütün platformalarda nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə G20 ölkələrinin iqtisadi əməkdaşlığı möhkəmləndirmək baxımdan oldquca faydalı oldu".

Tarix
2015.11.16 / 14:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla