Yuxarı

Ramil Usubov idarə rəisini işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov idarə rəisini işdən çıxardı

10:03

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlu vəzifəsindən azad edilib.

Baş İdarəyə çevrildikdən sonra Daxili işlər naziri Ramil Usubov C.Şıxəliyevin yenidən Baş İdarənin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalamayıb.

"Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, hazırda idarənin rəisi vəzifəsini əvvəllər rəis müavini olmuş İmran Nəcəfov yerinə yetirir.

Məlumat üçün bildirək ki, İ.Nəcəfov 1954-cü ildə Bakı şəhərində anadan olub.1984-cü ildə Volqoqrad şəhərinin Ali İstintaq Akademiyasının əyani şöbəsini bitirib.

1977-ci ildən Daxili İşlər Orqanlarında xidməti fəaliyyətə başlayıb.

1984-2003-cü illərdə istintaq və əməliyyat aparatlarında müxtəlif vəzifələrdə işləyib.

2003-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2006-cı ilin yanvar ayindan avqust ayinadək Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib.

2006-cı ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

***

10:53

Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Axar.az"a məlumatı təsdiqləyərək, polkovnik Cavad Şixəliyevin yaş senzi ilə bağlı təqaüdə göndərildiyini bildirib. Mətbuat xidmətindən o da əlavə olunub ki, idarəyə rəis təyinatı ilə bağlı mediaya əlavə məlumat veriləcək.

Tarix
2014.01.25 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla