Yuxarı

Ordumuzun iki rus əsgəri “yaralaması...” – Ermənilər ifşa oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün “Ural” maşını ilə Ermənistanın sərhəddə yerləşən mövqelərinə təchizat daşıyan əsgərin qatı dumanda azaraq, Azərbaycan tərəfə keçdiyi haqda Ermənistan MN məlumat yaymışdı. İddia edilirdi ki, Ermənistan ordusunun əsgəri guya Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

Axar.az xəbər verir ki, məlumat dərhal Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edildi. Bu gün isə Ermənistan özü yoxa çıxan əsgərinin tapıldığını elan edib və dünənki yalanını özü təkzib etmək məcburiyyətində qalıb.

“Kalibr” isə olayın detallarını paylaşıb. Saytın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Qaragöl ətrafında ötən gün və bu gün qatı duman var. 21 mart saat 14:00 radələrində Rusiya hərbçiləri Azərbaycan Ordusu ilə əlaqə saxlayaraq, bir erməni əsgərin azdığını və Azərbaycan sərhədini keçə biləcəyi barədə məlumat veriblər. Azərbaycan tərəfi hər hansı erməni əsgəri müşahidə etmədiklərini bildirib və dərhal da döyüş postlarına o istiqamətdə sərhəd pozulması müşahidə edərkən, atəş açmamağı tapşırıb. Məqsəd isə erməni əsgərin azması və Azərbaycan tərəfə keçməsi ehtimalında onun məhv edilməməsi olub.

Bundan sonra azan erməni əsgər özü yolu tapa bilib və erməni postlarına gedib çıxıb.

Ermənistan sosial şəbəkə istifadəçiləri və mediasının daha bir şər və yalanı da elə bununla ifşa olunur. Belə ki, ötən gün ermənilər guya Rusiya hərbçilərinin Azərbaycan tərəfi ilə əlaqə saxladığını, “əsir götürülən” erməni əsgərin qaytarılmasını istədiklərini, Azərbaycan Ordusunun buna razılaşdığını iddia etmişdilər. Bildirirdilər ki, guya Rusiya hərbçiləri “əsir götürülən ermənini” təhvil almaq üçün gələrkən, Azərbaycan Ordusunun bölmələri “qatı duman səbəbindən” onları da seçə bilməyib və atəş açıb, nəticədə iki rus əsgər yaralanıb, ardınca isə ərazini tərk etməyə məcbur olublar. Hətta bəzi erməni “mənbələri” rus əsgərlərin öldüyünü də iddia etmişdi.

Məlumata görə, 21 mart saat 15:00 radələrində “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub.

Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə çatdırılıb. Yeri gəlmişkən, ruslar öz hərbçilərinin güllə yarası almadığını da bildiriblər. Güllə yalnız maşının şüşəsinə dəyib. Bunu bu gün Gorus administrasiyasının mətbuat xidməti də təsdiqləyib. Belə ki, iki rus əsgərin güllə yarası almadığı, lakin şüşə qırıntılarının onları yüngül zədələdiyi, tibb məntəqəsində baxışdan sonra dərhal hərbi xidmətə qayıtdıqları bildirilib.

Azərbaycan tərəfi ballistik ekspertizanın keçirilməsini tələb edib, çünki rus əsgərlərin maşınına ermənilərin güllə atdığına əmindir.

Tarix
2023.03.22 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla